Koronavirus pandemiyasının iqtisadi zərərlərini azaltmaq məqsədilə hazırlanan tədbirlər planında bu ilin aprel-may aylarında 200 minə qədər şəxsə yaşayış minimumu qədər – 190 manat birdəfəlik ödəniş veriləcəyi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış şəxslərə ödənişin edilməsi üçün 70 milyon manat ayrılıb. Bəs işsiz kimi qeydiyyatdan keçən şəxslərə kimlər aid edilir? Hazırda çalışmayan hər kəs işsiz kimi qeydiyyatdan keçə bilərmi? ONN media xəbər verir ki, işsiz kimi qeydiyyata alınmış vətəndaşlar müvafiq meyarlara cavab verdikdə onlara 190 manat birdəfəlik ödəniş veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov pandemiya dövründə işsiz kimi qeydiyyata alınma və birdəfəlik ödəmə verilməsi ilə bağlı məsələyə təfərrüatı ilə aydınlıq gətirib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun sözlərinə görə,meyarlara uyğun gələn vətəndaşlara birdəfəlik ödəniş və ya ictimai işlərə cəlb olunaraq minimum əmək haqqı almaq təklif olunacaq. Burada qərar vətəndaşın seçimindən asılıdır. İctimai işlər üçün də ilk olaraq www.e-sosial.az portalında qeydiyyata düşmək lazımdır. Xüsusi karantin rejimi davam edərsə, birdəfəlik ödənişlərin və ictimai işlərin vaxtının uzadılması nəzərdə tutulur.
DİQQƏT! Vətəndaşlara seçim imkanı verildi: İş və pul təklif olundu



İşsizlərə birdəfəlik pul veriləcək
İşsizlər evdən çıxmadan bu üsulla qeydiyyata düşə bilər — RƏSMi
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Bəzi şəxslərin 190 manat ala bilməməsinin SƏBƏBİ AÇIQLANDI
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
Azərbaycanda nə qədər rəsmi işsiz var?
Bu şəxslərə 190 manat verilməsindən imtina edildi
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Nazirlik elan etdi: Bu şəxslər də pul alacaq - Diqqət
190 manatın ödənişi BAŞA ÇATDI
Daha 20 min şəxsə birdəfəlik ödəniş edildi
Bu şəxslər 190 manatı ala bilməyəcəklər- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 