Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür.
ONN media xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib: “Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir”.
Daha sonra Şuşa sakini Əsra Məmmədli çıxış edib. Əsra Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Daha sonra spiker əmin olduğunu bildirib ki, prezidentin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyü təmin ediləcək, o cümlədən Azərbaycanın incisi Şuşa şəhəri də azad ediləcək.
Daha sonra Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub



Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"
MSK bəyənat yaydı- Erməni əsilli azərbaycanlıları...
Milli Məclisinin Şuşada keçiriləcək komitə iclaslarının qrafiki təsdiq edilib
XİN seçkilərlə bağlı bəyanat yayıb
"Dağlıq Qarabağın azərbaycanlı icması" ləğv edildi
Şuşada ermənilərər BÖYÜK ŞOK: çox sayda ölü var
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Şuşanın işğaldan azad olunmasından 2 il ötür
Şuşanın işğalından 27 il ötür
İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
Azərbaycan XİN Dağlıq Qarabağda keçirilən “seçkilər”lə bağlı bəyanat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 