Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin “başçısı” bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin “parlamenti” Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, “simvolik məna daşıyır. ONN media xəbər verir ki, bunu Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin “parlamentinin” Şuşa şəhərinə köçürülməsini şərh edərkən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin bildirib. Onun sözlərinə görə, son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir. Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır. Bəyan edirik ki, Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək.(publika.az)
Gəncəliyev: "Ermənilər yeni hücumlara hazırlaşır"



Tural Gəncəliyevdən Qarabağ separatçılarının rəhbərinə CAVAB
Gəncəliyev: Paşinyan Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi
Ermənistanın son hərəkətləri həmsədrlərə qarşı açıq-aşkar saymamazlıqdır - Gəncəliyev
ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
Ermənistan münaqişənin sülh yolu ilə həllinə ciddi zərbə vurur - XİN
Pakistandan Azərbaycana DƏSTƏK
Erməni icması azərbaycanlılarla yaşamağa hazırdır
Mülki əhali arasında 20-dən çox şəxs həlak olub - Gəncəliyev
XİN: Yerevan qondarma rejim adından BMT-də sənəd yayıb
Deputatları kövrəldən çıxış
AŞPA iclasında erməni təxribatından danışıldı
Azərbaycan XİN BMT-yə etiraz etdi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 