Rusiyanın paytaxtı Moskvada aprel ayında son onilliyin rekord ölüm faizi qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə məlumat Moskva meriyasının bilgi bazasında yer alıb. Statistikaya görə, 2020-ci ilin aprel ayında paytaxtda 11 846 ölüm hadisəsi qeydə alınıb. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir. Müqayisə üçün, ötən ilin eyni dövründə 10 005 ölüm qeydə alınmışdı. Beləliklə, ölüm səviyyəsi keçən ilə nisbətən 15,5% artıb. Bundan başqa, 2010-cu ildən 2019-cu ilədək aprel ayında qeydə alınmış ölüm hallarının orta sayı 9 866 nəfər təşkil edib. Bu, 2020-ci ilin aprel ayında qeydə alınmış ölüm hadisələrindən 20% azdır. Qeyd edək ki, son məlumata görə, Moskvada pandemiya qurbanlarının sayı 1 124 nəfərdir. Son sutkada isə bu rəqəm 56 nəfər təşkil edib. Paytaxtda indiyədək 115 909 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu göstəriciyə görə şəhər Çin və İranı qabaqlayır.
Moskvada rekord sayda ölüm qeydə alındı



Türkiyədə rekord sayda ölüm qeydə alındı
Ölkədə ölüm səviyyəsi azalıb
Bu il Azərbaycandakı ölüm sayı açıqlandı
Azərbaycanda ölüm səviyyəsi nə qədərdir?
Azərbaycanda boşanma ilə bağlı QORXUNC STATİSTİKA
Koronavirusdan ölüm sayı REKORD HƏDDƏ
Bu il Azərbaycanda doğulan əkiz və üçəmlərin sayı açıqlandı
Azərbaycanda 7 ayda nə qədər insan vəfat edib?
ABŞ-da yeni növ koronavirusdan ilk ölüm halı qeydə alındı
Moskvada rekord isti qeydə alınıb
Azərbaycanda ölüm səviyyəsi nə qədər azalıb?
Ermənistanda ən yüksək ölüm rəqəmləri qeydə alındı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 