2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi əsasında bu il ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə müsabiqəsində iştirak etmək mümkün olacaq. "2020-2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu qaydaları"nda qeyd edilir ki, Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər. 2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğundan abituriyent cari il üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari tədris ilində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün cari ildə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Qeyd olunanları nəzərə alaraq, 2019-cu ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür. Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müəyyən edilən müddətdə imtahana buraxılış vərəqəsini çap edərək cari ildə yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün belə ixtisaslara qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.
Bu abituriyentlər imtahan verməyəcəklər- DİQQƏT



I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
Ali məktəblərə ixtisas seçimi başlayır
Ali məktəblərə tələbə QƏBULU BAŞLADI
Ali məktəblərə QƏBULLA bağlı DƏYİŞİKLİK
Təhsil Nazirliyindən ballarla bağlı açıqlama
Tələbə qəbulu qaydalarında dəyişilik edilib
Tələbə qəbulu qaydalarında dəyişilik edilib
Rus bölməsinin abituriyentləri üçün MÜHÜM QƏRAR
Sistem aktiv edildi: Bu şəxslər müsahibəyə buraxılmayacaq
Kolleclərə tələbə qəbulu elan edildi
Kolleclərə tələbə qəbulu elan edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 