Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib. ONN media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O bildirib ki, mayın 30-dan iyunun 10-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib: “Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istəyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda göstərilən tarixlərdə qeydiyyatdan keçməlidir. Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər”. K.Əsədov bildirib ki, buraxılış imtahanını vermiş, lakin15 mart–15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər: “V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər. Qeyd edim ki, qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar. Həmçinin dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar da müsabiqəyə buraxılmırlar”.
Sistem aktiv edildi: Bu şəxslər müsahibəyə buraxılmayacaq



DİM abituriyentlərə müraciət etdi
Abituriyentlərin DİQQƏTİNƏ
Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
DİQQƏT- Nəticələr açıqlandı
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatıb
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
DİM-dən bu abituriyentlərə MÜRACİƏT
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
Ali məktəblərə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb
Abituriyentlərin DİQQƏTİNƏ: müddət uzadıldı
DİQQƏT- İmtahanların vaxtı açıqlandı
Kolleclərə qəbul üçün ixtisas seçiminin müddəti uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 