Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib. Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Dövlətimizin başçısı Qazaxıstan Prezidentini ad günü münasibətilə təbrik edib, ona Qazaxıstanın inkişafı naminə fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıb. Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası əleyhinə mübarizə ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparıblar. Dövlət başçıları bu yaxınlarda Türk Şurasının videokonfrans formatında keçirilən Zirvə toplantısına toxunaraq bu tədbirin ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi və həmrəyliyin gücləndirilməsi baxımından önəmini qeyd ediblər. Prezidenti İlham Əliyev və Prezidenti Kasım-Jomart Tokayev ölkələrimiz arasında uğurla inkişaf edən ikitərəfli münasibətlərin müxtəlif sahələrinin perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi



İlham Əliyev Kasım-Jomart Tokayevə telefonla zəng edib
İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə zəng etdi
İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib
Qazaxıstan Prezidenti İlham Əliyevə zəng etdi
Qazaxıstan Prezidenti İlham Əliyevə telefonla zəng etdi
İlham Əliyev Tokayevə zəng etdi
İlham Əliyev Qazaxıstan prezidentinə məktub göndərdi
İlham Əliyev Putinə zəng etdi
Prezident İlham Əliyev Lukaşenkoya zəng etdi
İlham Əliyev Özbəkistanın Prezidentinə zəng vurub
Daha üç ölkənin prezidentləri İlham Əliyevi təbrik edib
İlham Əliyev və Lukaşenko nəyi müzakirə etdi?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 