Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə telefonla zəng edib. ONN media xəbər verir ki, Azərbaycan Prezidenti Qazaxıstan dövlətinin başçısını ad günü münasibətilə təbrik edib, ona ölkənin tərəqqisi naminə Prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Qazaxıstan Prezidenti göstərilən diqqətə və təbrikə görə, dövlətimizin başçısına minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əmin olduqlarını bildiriblər. Prezident İlham Əliyev son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə Qazaxıstan Prezidentini məlumatlandırıb. Bununla əlaqədar Azərbaycan Prezidenti bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir. Qazaxıstan Prezidenti bu məlumata görə, Prezident İlham Əliyevə təşəkkür edib.
İlham Əliyev Tokayevə zəng etdi



Qazaxıstan Prezidenti İlham Əliyevə telefonla zəng etdi
İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən DANIŞDI
İlham Əliyev Kasım-Jomart Tokayevə telefonla zəng edib
Qazaxıstan Prezidenti İlham Əliyevə zəng etdi
İlham Əliyev Kasım-Jomart Tokayevə zəng etdi
İlham Əliyev Qazaxıstan Prezidentini təbrik edib
İlham Əliyev Qazaxıstanın yeni Prezidentinə zəng etdi
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi
Prezident İlham Əliyev Nursultan Nazarbayevə telefonla zəng edib
Emoməli Rəhmon İlham Əliyevə zəng etdi
İlham Əliyev Putinə zəng etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 