Puerto-Riko adanın statusu ilə bağlı referendum keçirilməsini planlaşdırır.
ONN media xəbər verir ki, vətəndaşlar bu suala cavab verəcəklər: “Puerto-Riko dərhal Amerika Birləşmiş Ştatlarının tərkibinə qəbul olunmalıdırmı?” Referendumun 2020-ci il noyabrın 3-də keçirilməsi qərara alınıb. Puerto-Riko hakimiyyəti hesab edir ki, ölkə yeni ştat kimi ABŞ-ın tərkibinə daxil olmalıdır. Yerli hakimiyyətin bu istəyi iqtisadi problemlərlə bağlıdır. Puerti-Rikonun xarici borcu 80 milyard dollardan çoxdur, yoxsulluq həddi isə 45 faiz səviyyəsindədir. Qeyd etmək lazımdır ki, əgər puertorikalılar ABŞ-ın tərkibinə daxil olmağa razılaşsalar belə, ölkənin 51-ci ştat olmaq ehtimalı azdır. Fakt budur ki, referendumun nəticələrinin ABŞ-da icrası məcburi deyil. Yeni ştatın ölkənin tərkibinə daxil olması ilə bağlı qərar ABŞ Konqresində də qəbul olunmalıdır. Bundan əlavə, puertorikalılar əvvəllər ABŞ vətəndaşları olmaq üçün çıxış ediblər. 2017-ci ildə keçirilən referendumun nəticələrinə görə, bu qərarın lehinə ada ölkəsi əhalisinin 97 faizi səs verib. Ancaq bu Puerto-Rikonun statusuna heç bir təsir göstərməyib.(APA)Puerto-Riko ABŞ-ın ştatı ola bilər?



Təxminən 20 min insan evini tərk etdi
ABŞ-da 500 min ev işıqsız qalıb
Helikopter çimərliyə düşdü
Özbəkistanda aksiyalar başladı- SƏBƏB İSƏ...
Əli Əhmədova yeni vəzifə verildi
Baş nazir bu şuranın tərkibinə dəyişiklik etdi
Bu şəxslərə 15 manat veriləcək
57 yaşında üçüncü dəfə ata olacaq - FOTO
Pensiyalarla bağlı qaydalarda yeni dəyişikliklər edildi
Əli Əsədov qərar imzaladı
Sabahın havası açıqlandı
Pensiyalarla bağlı daha bir YENİLİK
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 