Nazirlər Kabineti sığorta-pensiya sisteminin təkmilləşdirilməsi, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi sahəsində növbəti addım kimi, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib.
Bu barədə ONN media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Yeni dəyişikliklərlə:
- Ailə başçısını itirməyə görə pensiya təyinatı zamanı ailə tərkibi haqqında yerli icra hakimiyyəti başçısının nümayəndəsinin arayışı tələb edilməyəcək;
- Vaxtilə kolxozda çalışmış şəxslərin sığorta stajı hesablanarkən əmək kitabçasında əmək iştirakı günü (minimum əmək günü) qeydinin olması tələb edilməyəcək;
- 2017-ci il iyulun 1-dək 20 təqvimi xidmət ilindən çox xidmət etmiş hərbçilərə həmin vaxta qədər 20 ildən yuxarı göstərilmiş xidmətin hər ili üçün təminat xərcliyinin 3 faizi qədər əlavə hesablanacaq;
- Pensiyaların minimum məbləğə çatdırılması, indeksləşdirilməsi və maddi yardımın (əvvəlki ildə ödənilən) pensiyanın tərkibinə daxil edilməsi eyni tarixdə olarsa, hesablamalar aşağıdakı ardıcıllıqla yerinə yetiriləcək:
- Pensiya minimum məbləğə çatdırılacaq,
- Maddi yardımın bir aya düşən hissəsi pensiyanın tərkibinə daxil ediləcək,
- Pensiya indeksləşdiriləcək.



Baş nazir əmək pensiyaları bağlı qərar imzalayıb
Baş nazirdən pensiyalarla bağlı mühüm qərar
Əli Əsədov əmək pensiyaları ilə bağlı qərar imzaladı
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Pensiyalarla bağlı daha bir YENİLİK
Pensiya ilə bağlı ŞAD XƏBƏR - 1 ay ərzində...
ŞAD XƏBƏR - Bu şəxslərin pensiya yaşı 5 il azaldılır
Sabahın havası açıqlandı
Əmək pensiyaları ilə bağlı qərar imzalandı
Pensiya sistemi təkmilləşdiriləcək - RƏSMİ
Pensiya ilə bağlı qanuna dəyişiklik edildi
Pensiya alanlara ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 