Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib. ONN media xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı, semestr başlayanadək müəyyən ediləcək. Akademik borcu yaranmış və akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək həmin fənni (fənləri) dinləmədən imtahan verib müvəffəq qiymət almış tələbə də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil ediləcək. Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər (birinci tədris ilinin birinci semestri istisna olmaqla) fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir: - fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü; - fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır; - fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd. İndiyə qədər təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə müəyyənləşdirilirdi. Bu qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir.
Tələbələrə təqaüd verilməsi qaydası DƏYİŞDİ



Tələbələrin təqaüdləri ilə bağlı YENİ QƏRAR
Tələbə təqaüdləri ilə bağlı qaydalar niyə dəyişib? - AÇIQLAMA
Kəsiri olan tələbələrə təqaüd verilməyəcək? - RƏSMİ AÇIQLAMA
Tələbə təqaüdlərinin təyin olunması və ödənilməsi ilə bağlı QAYDALAR DƏYİŞDİ
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Tələbənin biliyinin qiymətləndirilməsi proseduru dəyişdi
Ali məktəblərdə imtahana gəlməyən tələbələrə yeni güzəşt
Nazirlər Kabinetindən universitetlərdə təhsillə bağlı yeni QƏRAR
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Bu şəxslərə XƏBƏRDARLIQ — 15 sentyabradək vaxtınız var...
Ölkədə bu şəxslərə də təqaüd veriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 