Xəbər verdiyimiz kimi, doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydasında dəyişiklik edilib.
ONN media xəbər verir ki, dəyişikliklə bağlı Nazirlər Kabineti açıqlama yayıb.
Bildirilib ki, tələbələrin maddi vəziyyətlərinin, sosial rifahının yaxşılaşdırılması peşə təhsili və təliminin inkişafında rol oynayan əsas amillərdən biridir.
Hazırda peşə təhsilini seçən tələbələrin böyük əksəriyyəti peşə təhsili və təlimi sisteminin təklif etdiyi müvafiq imkanlardan faydalanırlar.
Belə ki, dövlət hesabına təhsil alan peşə təhsili müəssisələrinin tələbələri təqaüdlə təmin edilirlər. Lakin bu təqaüd nəticələrə əsaslanmır və təqaüdün verilməsi üçün yalnız tələbənin qeydiyyatdan keçməsi kifayət edir.
Buna görə də dövlət büdcəsi hesabına təqaüdlərin verilməsinin peşə təhsili sisteminin inkişafına təsirinin artırılması məqsədilə nəticələrə əsaslanan təqaüd sisteminin qurulması vacibdir.
Bununla əlaqədar peşə təhsili sahəsində nəticələrə əsaslanan təqaüd sisteminin qurulması və peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə təqaüdlərin onların qiymətləndirmə (yarımil) nəticələrinə görə verilməsinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd olunan Qərarı qəbul edilib.



Tələbələrin təqaüdləri ilə bağlı YENİ QƏRAR
Tələbə təqaüdlərinin təyin olunması və ödənilməsi ilə bağlı QAYDALAR DƏYİŞDİ
Ölkədə bu şəxslərə də təqaüd veriləcək
Tələbələrə BÖYÜK MÜJDƏ - Təqaüdlər kəskin artırıldı
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Baş Nazirdən təhsillə bağlı daha bir QƏRAR
Tələbələrə təqaüd verilməsi qaydası DƏYİŞDİ
“Peşə təhsili haqqında” qanunda dəyişiklik edildi
“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Prezident “Təhsil haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Peşə məktəbləri ilə bağlı yeni QƏRAR
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 