Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar. ONN media xəbər verir ki, bununla bağlı məlumat Baş Nazir Əli Əsədovun imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarda öz əksini tapıb. Qeyd edilir ki, təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər. Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər. Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir. *** Təhsil eksperti Kamran Əsədov mövcud qərarı şərh edib. O bildirib ki, ali təhsil müəssisələrinin IV kurslunda oxuyan, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 51 baldan yuxarı olan tələbələr yekun dövlət imtahanından azad olunurlar. Bu eyni zamanda kolleclərə də şamil olunur.
Bakalavrlar üçün dövlət imtahanı LƏĞV EDİLDİ?



Bu tələbələrin biliyi yeni qayda ilə qiymətləndiriləcək
Nazirlər Kabineti qərar verdi
Bu tələbələr diplom ala bilməyəcəklər
Dövlət imtahanı ləğv edilir?- Rəsmi
Nazirdən I siniflər üçün mühüm ƏMR
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
Azərbaycanda bu imtahanların keçirilmə QAYDASI DƏYİŞDİ
İyunda keçiriləcək vacib imtahanların dəqiq təqvimi
Bu gün neçə tələbə dərsə başlayıb?
Ali məktəblərdə hazırlıq qrupları yaradılır - Qəbul necə aparılacaq?
Qəbul imtahanının modeli çap olunacaq
Xarici dildə təhsil alan şagirdlər nəzərinə - YENİ QƏRAR VERİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 