Həzrət Peyğəmbər (s) buyurur: "Əgər bəndələr bilsəydilər ki, Ramazan ayında hansı bərəkətlər vardır, arzu edərdilər ki, Ramazan ayı bir il olsun". Bəs bu bərəkətlər hansılardır? 1. Mömin üçün ilin başlanğıcıdır. İlin başlanğıcı dedikdə, yəni, mömin əməllərini məhz Ramazan ayında təzələməyə başlayar, tövbə edər, paklanar və istiğfar edər. Necə ki, bahar fəsli bitkilər və canlılar üçün yeni həyat deməkdir, Ramazan ayı da mömin üçün yeni mənəvi həyat deməkdir. 2. İlahi qonaqlıqdır. Ramazan ayı möminləri İlahi ziyafətə aparar və İlahi süfrədə əyləşdirər. Həzrət Peyğəmbər (s) buyurur: "Bu, elə aydır ki, onda İlahi qonaqlığa dəvət olunmusunuz. Allahın kəramət əhlindənsiniz. Sizin ondakı nəfəsləriniz - sitayiş, yatmağınız - ibadətdir. Əməlləriniz - qəbul olunan və dualarınız yerinə yetəndir". 3. İlahi bağışlanma. Allahın bağışlayan olması - Onun ən üstün sifətlərindəndir. Allah Öz bağışlanmasını xüsusi bəndələrinə şamil edər və onların qəlbində qərar verər. Allah Təala buyurar: "Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır". ("Nur" 22). 4. Cəhənnəm atəşindən azad olmaq. Ramazan ayı həm də azad etmə ayıdır. Mütəal Allah bu ayın hər gündüzündə və gecəsində cəhənnəmdən günahkar bəndələri azad edər. İmam Sadiq (ə) buyurur: "Bu, o aydır ki, əvvəli - rəhmət, ortası - bağışlanma və axırı - duaların yerinə yetməsi və cəhənnəm atəşindən azad olmaqdır".
Ramazan ayının 4 nurani, bərəkətli xüsusiyyəti



Orucluq ayı niyə "Ramazan" adlandırılır?
Möminin niyyəti, onun əməlindən üstündür
Ramazanın 29-cu günü duası, imsak və iftar vaxtı
Ramazanın 29-cu gününün duası, iftar və imsak vaxtı
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı
Ramazan ayının 26-cı günü duası, imsak və iftar vaxtı
Ramazanın 29-cu günü: dua, imsak və iftar vaxtı
Şəban ayının qızıldan qiymətli 4 əməli
Orucun 6 sirri NƏDİR?
Ramazanın 14-cü gününün duası, imsak və iftar vaxtı
Ramazan ayının 23-cü günü duası, imsak və iftar vaxtı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 