“Naxçıvan” Universitetində 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsində 410 yer, magistratura səviyyəsində 21 yer tələbə qəbulu planı nəzərdə tutulub. “Naxçıvan” Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bakalavr səviyyəsində kadr hazırlığı aparılan Azərbaycan dili və ədəbiyyat müəllimliyi, coğrafiya müəllimliyi, tarix müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili), beynəlxalq münasibətlər, dinşünaslıq, filologiya (alman dili və ədəbiyyatı), iqtisadiyyat, mühasibat, maliyyə, turizm işinin təşkili ixtisasları ilə yanaşı, qəbul planına yeni ixtisaslar daxil edilib. Bu ildən universitetdə beynəlxalq ticarət və logistika, informasiya texnologiyaları, kompüter mühəndisliyi, tərcümə (ingilis dili), riyaziyyat müəllimliyi ixtisasları üzrə də qəbul aparılacaq. Magistratura səviyyəsində qəbul aparılan Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, xarici dilin tədrisi metodikası və metodologiyası, riyaziyyat fənninin tədrisi metodikası və metodologiyası, coğrafiya fənninin tədrisi metodikası və metodologiyası, pedaqogika nəzəriyyəsi və tarixi ixtisasları ilə yanaşı, bu ildən iqtisadiyyatın tənzimlənməsi, bank işi, islamşünaslıq, dinin fəlsəfəsi, dilşünaslıq (ingilis dili) ixtisasları da qəbul planına əlavə edilib. Qeyd edək ki, yüksək ixtisaslı kadr hazırlığı aparmaq üçün “Naxçıvan” Universiteti kifayət qədər maddi-texniki baza və kadr potensialına malikdir. Yeddi binadan və yardımçı qurğulardan ibarət möhtəşəm universitet şəhərciyində arxitektura və pedaqoji baxımdan mükəmməl olan tədris korpusları, yüksək zövqlə dizayn edilmiş mühazirə və məşğələ otaqları, kabinə və mərkəzlər mövcuddur. Təlim prosesində ən son modifikasiyalı texnologiyalardan istifadə olunur. Universitet dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.
“Naxçıvan” Universitetinin qəbul planına yeni ixtisaslar daxil edildi



Bu il BDU-da hansı ixtisaslara qəbul olacaq? - SİYAHI
Qarabağ Universitetində III qrup üzrə plan YERLƏRİ
Qarabağ Universitetinə neçə nəfər qəbul olub?
BDU-nun SABAH qruplarında 9 yeni ixtisas və ixtisaslaşma açılacaq
Doktoranturaya qəbulda yenilik: bu məhdudiyyət ləğv olundu
Qarabağ universitetlərində hansı ixtisaslar tədris olunacaq?- RƏSMİ
Magistratura və rezidenturada oxuyanların təhsil haqqı müəyyənləşdi
Əlavə pul qazanmaq istəyən müəllimlərə – ŞAD XƏBƏR
DİM gələn il keçiriləcək qəbul imtahanı ilə bağlı hazırlığa başladı
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı
Qarabağ universitetinin göstəriciləri açıqlandı
MİQ üzrə müsahibə mərhələsi başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 