Xankəndi şəhərindəki Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum olub.
ONN media xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb. Bildirilib ki, I ixtisas qrupu üzrə 6 ixtisasa 290 nəfər qəbul olub. Bu qrup üzrə orta qəbul balı 475.5, ən yüksək nəticə isə 659.9 bal (Riyaziyyat müəllimliyi) olub. Həmçinin, olimpiada qalibi olan 1 abituriyent Elektrik və elektronika mühəndisliyi ixtisasını seçib. II ixtisas qrupu üzrə 7 ixtisasa 330 nəfər qəbul olub. Bu qrup üzrə orta qəbul balı 396.7 olub. Ən yüksək nəticə isə 641.7 bal (Maliyyə) qeydə alınıb. Maliyyə ixtisası üzrə keçid balı 500.5 bal olub. III ixtisas qrupu üzrə 6 ixtisasa 330 nəfər qəbul olub. Bu qrupun orta qəbul balı 531.3, ən yüksək nəticə isə 683.8 bal (Hüquqşünaslıq) olub. Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609.4 bal, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538.7 bal olub. IV ixtisas qrupu üzrə 1 ixtisasa 30 nəfər qəbul olub. Psixologiya ixtisası üzrə orta qəbul balı 470, ən yüksək nəticə isə 570.6 bal olub. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan tələbələrin orta qəbul balı 467.6 olub. Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas üzrə 124 tələbə qəbul olub. 101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub.



Qarabağ Universitetinə neçə nəfər qəbul olub?
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı
150 bal toplayanların NƏZƏRİNƏ
Türkiyə-Azərbaycan Universitetinin KEÇİD BALLARI
İşə qəbul üzrə imtahanların nəticələri məlum olub
Bütün qruplar üzrə 150 ballıq ixtisaslar - SİYAHI
Qəbul balları kəskin düşəcək - Ekspertdən ANONS
Ali məktəblərə ixtisas seçimi başlayır
Kolleclərə qəbul olmaq istəyənlər üçün vacib xəbər
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
DİM keçid balları barədə: Bəzi ixtisaslar üzrə ballar aşağı düşə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 