Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 may 2020-ci il tarixli Sərəncamlarla Baş prokurorun birinci müavini Rüstəm Usubov və Baş prokurorun müavini Namiq Əsgərov tutduqları vəzifədən azad edilmişlər. Dövlət başçısının imzaladığı digər sərəncamla Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə onlara “Əməkdar hüquqşünas” fəxri adı verilmişdir. Dövlət başçısının imzaladığı sərəncamlarla Elçin Məmmədov Baş prokurorun birinci müavini, Elmar Camalov müavini, Nazim Rəcəbov isə Baş prokurorun müavini- Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifələrinə təyin edilmişlər. Elçin Məmmədov 1993-cü ildən prokurorluq orqanlarında işləyir. O, Azərbaycan Nəqliyyat prokurorluğunda böyük müstəntiq və şöbə prokuroru, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror-kriminalist, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Gəncə şəhər prokurorunun müavini və Lənkəran rayon prokuroru vəzifələrində çalışıb. Elmar Camalov 1992-ci ildən prokurorluq orqanlarında işləyir. Respublika Hərbi Prokurorluğunda baş müstəntiq, 2000-2005-ci illərdə Vergilər Nazirliyində məsul vəzifələrdə, 2005-ci ildən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində mühüm işlər üzrə böyük müstəntiq, Baş Prokurorluğun idarə rəisinin müavini, Baş prokurorun böyük köməkçisi, Şəki rayon və Mingəçevir şəhər prokuroru vəzifələrində çalışıb. Nazim Rəcəbov 1989-cu ildən prokurorluq orqanlarında işləyir. O, Qazaxıstan Prokurorluğunda müstəntiq, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat, Kadrlar və Dövlət ittihamının müdafiəsi üzrə idarələrində prokuror, prokuror-metodist və böyük prokuror, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi və böyük məsləhətçisi vəzifələrində çalışıb. 2015-ci ildə Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsində işləyir. Baş prokuror cənab Kamran Əliyevin imzaladığı əmrlə Natiq Hüseynov Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsindən azad edilərək ona Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi vəzifəsinin icrası tapşırılmışdır. Natiq Hüseynov 2007-ci ildən prokurorluq orqanlarında işləyir. 1998-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində məsul vəzifələrdə, 2008-ci ildən Baş Prokurorluğun Hüquqi təminat idarəsinin rəisi vəzifəsində çalışıb.
Baş prokurordan YENİ TƏYİNATLAR - RƏSMİ



Baş prokurorun müavinləri təqdim edildi
Baş prokurordan yeni TƏYİNATLAR
Kamran Əliyev Bakı şəhər prokuroruna yeni müavinlər təyin etdi (YENİLƏNDİ)
AZƏRBAYCANDA İLK - Bu rayonlara qadın prokuror təyin edildi
Baş Prokurorluqda yeni TƏYİNATLAR - SİYAHI
Usubov vəzifədən niyə gedir?
Daha 4 rayona prokuror təyin edildi
Azərbaycanın yeni baş prokuroru kimdir? - DOSYE
Sumqayıta, Şirvana və 4 rayona yeni prokuror təyin edildi - ADLAR
Kamran Əliyev onu mətbuat xidmətinin rəhbəri təyin etdi
Baş prokurordan - YENİ TƏYİNATLAR
İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd İRƏLİ SÜRÜB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 