Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə yeni təyin olunan Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətində verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüstəm Usubov və Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adının verilməsinin dövlət başçısı tərəfindən Azərbaycan Prokurorluğuna verilən yüksək qiymətin göstəricisi olduğunu xüsusi vurğulamaqla yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Rüstəm Usubov və Namiq Əsgərov fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edib, xidmət illəri ərzində xalqa və dövlətə sədaqət prinsiplərini rəhbər tutduqlarını, vətənpərvərlik və peşəkarlıq irsinin daim uca tutulduğu prokurorluq orqanlarında xidmət etməkdən şərəf duymalarını ifadə ediblər.
Göstərilən yüksək etimada görə Elçin Məmmədov, Elmar Camalov, və Nazim Rəcəbov dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək fəaliyyətlərində şəffaflıq və dürüstlük prinsiplərinin



Baş prokurordan YENİ TƏYİNATLAR - RƏSMİ
Kamran Əliyev Bakı şəhər prokuroruna yeni müavinlər təyin etdi (YENİLƏNDİ)
Prezident bu şəxsləri təltif etdi
Baş Prokurorluqda yeni TƏYİNATLAR - SİYAHI
Daha 4 rayona prokuror təyin edildi
Usubov vəzifədən niyə gedir?
Kamran Əliyev Neftçalaya yeni prokuror təyin etdi
İlham Əliyev Baş prokuror vəzifəsinə yeni namizəd İRƏLİ SÜRÜB
Yeni Baş prokuror kollektivə TƏQDİM EDİLDİ
Sumqayıta, Şirvana və 4 rayona yeni prokuror təyin edildi - ADLAR
Bakının yeni prokuroru kollektivə təqdim edildi
Kamran Əliyev özünə yeni köməkçi təyin etd
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 