Milli Məclisin deputatı, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərini peşə bayramı münasibəti ilə təbrik edib. Təbrikdə deyilir: Əziz təbiəti sevənlər və ekologiya sahəsində çalışanlar! Bu gün, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə hörmətli nazir Muxtar Babayev başda olmaqla, bütün nazirlik əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm. Bildiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 may, 2001-ci il tarixində AR-nın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və AR-nın Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılmışdır. Yarandığı gündən kifayət qədər uğurlu işlər görmüş, ölkəmizdə ekoloji tarazlığın qorunmasına öz töhfəsini vermişdir. Həllini gözləyən bir sıra ekoloji problemlərin olmasına baxmayaraq, inanıram ki, qarşılıqlı əməkdaşlığımız (qanunverici hakimiyyətlə icraedici hakimiyyət) sayəsində, yaranmış və yarana biləcək bütün problemlərin öhdəsindən layiqincə gələcəyik. Son dövrlərdə bəşəriyyətin bəlasına çevrilmiş Covid-19 pandemiyası göstərdi ki, insanlar təbiətə olan münasibətlərini yaxşı mənada dəyişməklə, onun ehtiyyatlarından səmərəli istifadə etməklə gələcəkdə baş verə biləcək daha təhlükəli təbiət hadisələrinə düzgün müqavimət göstərməyə nail ola bilərlər. Hörmətli, əməkdaşlar! Danılmazdır ki,sizin fəaliyyətiniz, insanların həyatında mühüm əhəmiyyətə malikdir. Bir daha sizi səmimi qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli peşənizdə bol-bol uğur və yüksək nailiyyətlər arzu edirəm! Hörmətlə, Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov.
Deputat Sadiq Qurbanov ETSN işçilərini təbrik edib



Bu nazirliyin strukturunda dəyişiklik edildi
Sadiq Qurbanov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi
Muxtar Babayevdən YENİ TƏYİNAT
Ekologiya və Təbii Sərvətlər naziri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri ilə görüşdü
ETSN-da bu idarələr ləğv edildi
Baş nazirdən ETSN işçiləri ilə bağlı QƏRAR
Azərbaycan və Türkiyə arasında 6 sənəd imzalandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi AEBA-nın iclasında iştirak etdi
Azərbaycanda nazirlikdə yüksək TƏYİNAT
Nazirliyin binasında tüstülənmə baş verib - RƏSMİ
Azərbaycanda daha bir vəzifəli şəxs işdən çıxarıldı
MM-in komitələrinə sədrlər seçildi - Sürpriz adlar
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 