Bütün qapalı yerlərdə - metroda, avtobuslarda, eləcə də alış-veriş mərkəzlərində, mağazalarda tibbi maskadan istifadə edilməməsinə görə cərimə tətbiq edilməlidir. ONN media xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Adları sadalanan ərazilərdə tibbi maskalardan istifadəni olduqca zəruri sayan baş infeksionist qeyd edib ki, bir çox insanlar üzərlərinə düşən sosial məsuliyyəti dərk etməyərək qapalı məkanlarda, insanların çox cəmləşdiyi yerlərdə maska taxmırlar. Bununla insanların sosial məsuliyyətsizlik nümayiş etdirdiklərini deyən C.İsayev bildirib ki, maskadan istifadə virusun yayılmasının qarşısını almağa yardım edir: “Maska taxmamaqla insanlar yalnız özlərinin deyil, digərlərinin də həyatlarını təhlükəyə atırlar. Maskanın taxılması virusun yayılmasının qarşısının alınmasına müəyyən qədər təsir edir. Maska hava-damcı infeksiyasının yayılmasının qarşısının alınmasında əsas vasitələrdəndir. Burada təkcə koronavirusdan deyil, hava-damcı yolu ilə yayılan bütün xəstəliklərdən söhbət gedir. Buna görə də hazırkı şəraitdə maskanın taxılması mütləqdir”. C.İsayev qeyd edib ki, küçədə sərbəst şəkildə, tək gəzən insan maskadan istifadə etməyə bilər: “Amma insan hər hansı qapalı məkana, 10 nəfərin cəmləşdiyi qrupa yaxınlaşırsa, maskadan istifadə etməlidir. Belə hallarda maskadan istifadə edilmə vacib şərtdir. Buna riyaət etməyənlərə qarşı da cərimənin tətbiqi yaxşı olardı”.
Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist



Cəlal İsayevdən vətəndaşlara maska ilə bağlı TÖVSİYƏ
Bu yerlərdə maska taxın, yoxsa CƏRİMƏLƏNƏCƏKSİNİZ - SİYAHI
Postpandemiya dövründə hansı qadağalar olacaq? – BAŞ İNFEKSİONİST
DYP vətəndaşlara maska ilə bağlı müraciət etdi
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
Əlcək və maskadan istifadə etməyən şəxslərdə cərimələnəcək? - RƏSMİ AÇIQLAMA
DİQQƏT: Maskadan istifadə etməyənlər cərimələnəcək
Bu şəxslər cərimələnəcək - BŞBPİ-dən XƏBƏRDARLIQ
Maskadan istifadə etməyən sürücülər cərimələnir?
DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Azərbaycanda qapalı məkanlarda maska tələbi ləğv edilir?
Maska taxmayanlar avtobusdan düşürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 