Ev şəraitində hazırlanan maskalar aptekdə satılan maskalardan fərqlənir. Ancaq aptekdən almağa imkan və şərait olmadıqda istifadə etmək olar. ONN media xəbər verir ki, bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Baş infeksionist bildirib ki, maskalardan bir dəfədən çox istifadə etmək təhlükəlidir: “İnsanlar maskanı qaynadaraq və ya dezinfeksiya edərək təkrar istifadə edirlər. Bu halda maska öz əhəmiyyətini itirir. Adi cərrahi maska taxmaq lazımdır. Bunu da toplum yerlərinə gedərkən, qapalı məkanlarda olarkən istifadə etmək olar. Cərrahi maskaları iki saatdan bir dəyişmək lazımdır”. Cəlal İsayev deyib ki, insanlar virusa yoluxduğunu əvvəlcədən bilmədiyi üçün hər kəsin maskadan istifadə etməsi lazımdır. Çünki yoluxmanın əlamətləri iki həftəyə özünü göstərir. Bu müddətdə də bilmədən ətrafda olan insanları yoluxdura bilərsiniz”. Baş infeksionist qeyd edib ki, havanın kəskin dəyişməsi yoluxmanın sürətlənməsinə səbəb olmayacaq: “Çünki virus müsbət 5-10 dərəcədə yayılır. Bizdə isə hava o qədər də soyuq deyil. Bir neçə gün sonra yenə havalar istiləşəcək və ümid edirəm ki, xəstəliyin inkişafında durğunluq yaranacaq. Artıq 1-2 ilə biz koronavirusu mövsümi infeksiya kimi qiymətləndirəcəyik”.



Buna görə cərimə tətbiq edilməlidir- Baş infeksionist
Atılan maskalar yenidən istifadə olunur?
Tibbi maskalardan təkrar istifadə etmək düzgündürmü?
Postpandemiya dövründə hansı qadağalar olacaq? – BAŞ İNFEKSİONİST
Gözəl və qalın saçlar üçün İNANILMAZ maskalar
“İyulun 5-dən sonra sərt karantin rejimi tətbiq etməyə ehtiyac olmayacaq amma...” - Baş infeksionist
Filtrli maskalar təhlükəlidir?
DİQQƏT: Maskadan istifadə etməyənlər cərimələnəcək
Nəm maska qoruyuculuğunu itirir - Həkimdən XƏBƏRDARLIQ
Avtomobillərdə maskadan istifadə... - Açıqlama
“İnsanlar elə bilirlər ki, virus yoxa çıxıb” - Baş infeksionist
Maskadan istifadə etməyən bəzi vətəndaşlar cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 