Dişlər bədənimizin qidanı həzmə təşviq edən ən vacib hissələrindən biridir. ONN media xəbər verir ki, türkiyəli diş həkimi Pertev Kökdemir hər gün güzgüdə gördüyümüzdən daha sirli bir dünyaya sahib olan dişlərimizlə bağlı bəzi faktları bölüşüb. Həkim bildirib ki, diş minası insan bədənindəki ən sərt maddədir: “Təxminən 300 kq yükə qırılmadan müqavimət göstərə bilər. Ancaq yenə də şüşə qabda olan içkilərin qapağını açmaq üçün dişlərdən istifadə etməyi tövsiyə etmirik. Barmaq izinin fərdi olduğunu demək olar ki, hamı bilir. Bu, eynilə dişlərimizə də aiddir. Hər kəsin dişləri barmaq izləri kimi fərqlidir. Hətta əkiz uşaqların dişləri belə bir-birindən seçilir”. O əlavə edib ki, ağzımız müxtəlif növ canlılara ev sahibliyi edir: “Ağzımızda 300-dən çox növ bakteriya yaşayır”. Həkimin sözlərinə görə, dişlər körpəlikdə 6-cı aydan etibarən çıxmağa başlayır: “Ancaq bununla belə ana bətnində formalaşdığını qeyd etməliyik”. P.Kökdemir son olaraq vurğulayıb ki, atalarımız çənənin arxa qismində yerləşən azı dişlərə sahib olub: “Ancaq ətraf mühitin təsiri və yemək vərdişləri çənə quruluşumuzu da dəyişdirdi. Bu səbəbdən çox insanın ağzında bu dişlər yer almasa da, bəzi şəxslərdə hələ də çıxmağa davam edir. Bundan əlavə, 35 faiz insanda 20 yaş dişinin heç çıxmadığını qeyd etməliyik”.
Dişləriniz haqda təəccüblənəcəyiniz gerçəklər



Dişləri ağartmır, çürüdür - DOĞRU BİLİNƏN YANLIŞ
32 dişə ehtiyac varmı? – GÖRÜNÜŞ, YOXSA XƏSTƏLİK?
Protez dişlər kökəlməyə səbəb olur
Baş ağrılarının BİLMƏDİYİNİZ SƏBƏBİ
Dişlərinizin forması xarakterinizdən xəbər verir
Dişləri necə qoruyaq?
Dişlərimizə necə qulluq etməliyik?
Ağıl dişlərini saxlamaq lazımdırmı?
Diş daşlarının təmizlənmə qaydası necədir?
Dişləri qorumaq üçün bu XƏTALARI etməyin
Dişləri təbii yolla necə ağartmaq olar? - Bu meyvələr...
Bu məhsullar ağızda bakteriyaları artırır və dişləri korlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 