Dünyanı cənginə alan koronnavirus pandemiyası turistik ölkələrdə yeni sistem və qaydalar formalaşdırıb. ONN media xəbər verir ki, artıq Fransada istilərin düşməsi ilə yeni etiraz növü başlayıb. Pandemiya dövrü ərzində karantində canı sıxılanlar “dənizləri açın” şüarı ilə etiraza başlayıblar. Sosial şəbəkələrdə bunun üçün səhifələr açılıb. Bu səbəbdən Fransada yaxın günlərdə bir çox çimərliklər açılacaq. Tailand isə pandemiyadan sonra ölkəyə gələcək turistlər üçün koronavirus vergisi tətbiq etməyi düşünür. Qiyməti təxminən 10 dollar olacaq. Bu məbləğ sığorta məqsədilə yığılacaq. Turist anidən koronavirusa tutularsa, həmin pul onun müalicəsi üçün xərclənəcək. Türkiyədə 40-50% otelin bu yay qonaq qəbul edə bilməyəcəyi bildirilir. Səbəb kimi otellərin təhlükəsizlik standartlarına cavab verməməsi göstərilir. 1 iyun tarixindən turistlər Türkiyəyə gələrkən hava limanlarında məcburi koronavirus testindən keçməli olacaqlar. Testlərin pasport nəzarətindən keçməzdən əvvəl aparılacağı və iki-üç dəqiqədən çox çəkməyəcəyi qeyd edilir. Hər bir sərnişin nəticəni beş-altı saatdan sonra biləcək. Nəticənin müsbət olacağı təqdirdə turist dərhal oteldə təcrid olunacaq və onun əlaqə dairəsi müəyyənləşdiriləcək. Rusiyada isə turizm sektoruna tətbiq edilməsi nəzərdə tutulan vergi güzəştlərinin köməyi olmayacağı qənaətindədirlər. Ekspertlər bunun əvəzinə sərhədlərin tezliklə açılması və turizmin əvvəlki vəziyyətinə qayıtmasını çıxış yolu kimi görürlər. Əks halda iş olmayan yerdə vergi güzəştinin bir mənası qalmır. Bu səbəbdən Rusiyanın məşhur hava yollarından biri 1 iyundan Avropaya uçuşları bərpa etməyi planlaşdırır.
Yeni qaydalar: Turistlər bu cür qəbul ediləcək



Artıq Covid-19-a görə pul veriləcək- DİQQƏT
Koronavirusdan sonra turistlər üçün yenilik olacaq
Azərbaycandan Türkiyəyə gedənlərin sayı açıqlandı
Siqaret çəkilməsinin qadağan olunması haqqında qanun qüvvəyə minib
Rusiyaya getmək istəyənlərə ŞAD XƏBƏR: Bu tarixdən...
Fransada koronavirus qurbanlarının sayı 27 mini ötdü
Toylarla bağlı MÜHÜM QƏRAR: 30-40 nəfərdən çox olmamaqla...
İran turistlər üçün vizaların verilməsini bərpa edir
Ölkədaxili uçuşlarla bağlı QAYDALAR DƏYİŞDİ
Bu ölkə sabahdan Azərbaycandan gedən turistləri qəbul edəcək
YENİLİK- Turist vergisi tətbiq olunacaq
Koronavirusdan Azərbaycana Novruz zərbəsi - İtkimiz böyük olacaq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 