Şəffaf arakəsmələri olmayan taksilərin şəhərlərarası sərnişin daşımasına icazə verilmir. ONN media xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, regionlarımızda avtobuslar və taksi minik avtomobillərinin salonlarında şəffaf arakəsmələrin quraşdırılması işi yekun mərhələsindədir: “Regionlarda koronavirus epidemiyası əleyhinə zəruri tədbirlər barədə maarifləndirici və məlumat xarakterli aksiyalar davam edir. Sosial məsafənin qorunması, tibbi maskalardan və əlcəklərdən istifadə edilməsinin vacib olduğunu xatırladan məlumatlar dayanacaqlarda və avtobusların salonlarında sərnişinlərə təqdim edilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional şöbələri üzrə müfəttişləri sutkanın müxtəlif saatlarında dayanacaqlarda və avtobus salonlarında sərnişinləri lazım olduğu təqdirdə tibbi maskalarla təmin edirlər. Həmçinin şəffaf arakəsmələri olmayan taksi minik avtomobilləri ilə şəhərlərarası (narıncı zonaya daxil olan bölgələr istisna) sərnişin daşınmasına izn verilmir”.
Bu taksilərin nəzərinə- İcazə verilməyəcək



Taksilərlə bağlı yeni qayda
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
Yalnız bu şəxslər taksi fəaliyyəti göstərə biləcək
DANX-da yeni təyinat oldu
Yeni il gecəsi bu avtobuslar səhərədək işləyəcək
Azərbaycanda yeni QADAĞA başlayır - Martın 6-dan...
Taksi sürücülərinə ŞAD XƏBƏR
Taksilərin qiyməti bahalaşıb?
Avtobuslarda gediş haqqı artırılacaq? - AÇIQLAMA
Taksilərdə qiymət artımı olacaq?
Yeni ildən taksilərdə yenilik olacaq
Daha 10 rayonda həftəsonu ictimai nəqliyyat işləməyəcək - QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 