Azərbaycanın regionlarında fəaliyyət göstərən taksi sürücüləri artıq Azərpoçtdan da fərqlənmə nişanını əldə edə biləcəklər. ONN media xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, yeni qayda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə yaradılıb: “Şəhərlərarası gediş-gəlişə məhdudiyyət qoyulduqdan sonra biz düşündük ki, taksi sürücülərinin işini asanlaşdıraq. Belə ki, bundan sonra onların bir şəhərdən digər şəhərə gedib DANX-ın regional mərkəzinə yaxınlaşmasına ehtiyac qalmır. Bundan sonra nazirliyin digər qurumu olan Azərpoçt artıq sənədləşmə prosesində iştirak edir. Sürücülər Azərpoçtun hər regionda olan filialına yaxınlaşaraq fərqlənmə nişanını əldə edə bilərlər. Onlar bu sənədi əldə etdikdən sonra sürücü haqqında məlumat "icaze.e-gov.az" saytına yerləşdiriləcək”. N.Allahyarova bildirib ki, bu günə kimi 201 taksi sürücüsü fərqlənmə nişanı əldə edib. Vəziyyətdən sui istifadə etmək istəyən şəxlərə fərqlənmə nişanı verilməyəcək. Son 6 ayda mütəmadi olaraq fərqlənmə nişanı alan taksi sürücülərinə üstünlük veriləcək.
Taksi sürücülərinə ŞAD XƏBƏR



Taksilərdə qiymət artımı olacaq?
Taksilərlə bağlı yeni qayda
Yalnız bu şəxslər taksi fəaliyyəti göstərə biləcək
Bu taksilərin nəzərinə- İcazə verilməyəcək
Azərbaycanda 16 avtovağzal bağlana bilər
Şəhərlərarası sərnişin daşımada yeni qaydalar olacaq
Taksi sürücülərinə BƏD XƏBƏR
Yeni ildən taksilərdə yenilik olacaq
DYP avtobus və taksi sürücülərinə müraciət etdi
Bölgələrdən sərnişin daşımaq istəyən şəxslərin NƏZƏRİNƏ! - RƏSMİ
Taksi sürücülərinə ŞAD XƏBƏR - Artıq...
Taksidə qazla işləyən maşınlara icazə veriləcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 