Bakıda fəaliyyət göstərən Sədərək Ticarət Mərkəzində dezinfeksiya tədbirlərinə start verilib. Ticarət Mərkəzinə sahibkar və satıcıların maskasız girişi qadağan edilib.
ONN media xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında ticarət mərkəzinin İdarə heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tərəfindən ölkədə iri ticarət mərkəzlərinin fəaliyyətinin bərpasına icazə verilməsi barədə qərarından sonra qurumun idarə heyətinin toplantısı keçirilib:
"Toplantıda Operativ Qərargahın tapşırıq və tövsiyələri elan edilib. İdarə Heyətinin sərdi Yusif Qədimovun tapşırığı ilə ticarət mərkəzinin bütün ərazilərində ciddi dezinfeksiya tədbirlərinə başlanılıb. Bazar rəhbərliyi bildirib ki, ticarət mərkəzi ərazisində Operativ Qərargahın bütün tapşırıq və tövsiyələrinə ciddi əməl edilməlidir. Tapşırıq verilib ki, ticarət mərkəzində bütün sahibkar və satıcılar əraziyə daxil olarkən tibbi maska və qoruyuculardan istifadə etməlidir. Sahibkar və satıcıların maskasız ticarət mərkəzinin ərazisinə daxil olması qadağan edilib. Bundan başqa, gün ərzində mərkəzin nəzarət komissiyasının əməkdaşları mütəmadi olaraq bazar ərazisində monitorinqlər keçirəcək, maskasız sahibkar və satıcılar tənbeh olunacaq. Rəhbərliyin tapşırığı ilə ilkin olaraq 15 min ədəd ehtiyat maska alınıb. Nəzarət komissiyasının əməkdaşları bazar ərazisində gündəlik reydlər keçirəcək, maskası olmayan sahibkar və satıcılara pulsuz maska paylanacaq".
M.Qədimov bildirib ki, bazar ərazisində koronavirusdan qorunmaq üçün təlimat xarakterli lövhələr vurulub: "Mərkəzin əməkdaşları gün ərzində bazar ərazisində müştərilərə sosial məsafəni qorumaq üçün tövsiyələr edəcək, ticarət cərgələrində sıxlıq yaranmaması üçün lazım olan tədbirlər görüləcək".
Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə xüsusi karantin qaydalarının yumşaldılması ilə bağlı növbəti qərarını açıqlayıb. Qərara əsasən, mayın 31-i saat 00:00-dan etibarən ölkədə bütün iri ticarət mərkəzləri və "Mall"ların fəaliyyəti bərpa olunur



“Sədərək” Ticarət Mərkəzindən yeni AÇIQLAMA
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA
Sədərək TM sökülür? – Rəsmi
İri ticarət mərkəzləri nə vaxt açılacaq?- Rəsmi
“Sədərək” ticarət mərkəzi açılır? — RƏSMİ
Ticarət mərkəzləri üçün yeni qaydalar: İnsanlar bir-birindən 1 metr məsafədə olmalıdır
Azərbaycanın ən böyük ticarət mərkəzi sabahdan fəaliyyətə başlayır
“Sədərək” bağlandı? - Açıqlama
"Sədərək"də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ
İrandan Sədərək Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 