Bakıda fəaliyyətini müvəqqəti dayandıran “Sədərək” Ticarət Mərkəzində dezinfeksiya işləri davam etdirilir. ONN media xəbər verir ki, mərkəzdən verilən məlumatda ticarət mərkəzi ərazisində hər gün profilaktik tədbirlərin görüldüyü bildirilib: “Hazırda bazar ərazisindəki bütün mağaza və obyektlər gündəlik dezinfeksiya edilir, ərazidə təmizlik işləri aparılır. Ticarət Mərkəzində onlayn satış davam edir. Təxminən sahibkarların 10-20 faizi onlayn ticarətlə məşğuldur. Digər sahibkarlar isə fəaliyyətini dayandırıb. Ticarət Mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və təkliflərinə tam qaydada riayət olunur. Bazar ərazisində onlayn satışla məşğul olan sahibkarların da qaydalara əməl etməsinə ciddi nəzarət olunur. Bazar ərazisinə daxil olan şəxsin kimliyindən asılı olmayaraq tibbi maska və qoruyuculardan istifadəsi vacibdir”. Xatırladaq ki, ölkədə yayılan koronavirus infeksiyasının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Bakıda və digər 12 şəhər və rayonda sərt karantin elan edilib və həmin ərazilərdə fəaliyyət göstərən iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.
“Sədərək” Ticarət Mərkəzindən yeni AÇIQLAMA



Sədərək TM-də yeni qadağa
“Sədərək” Ticarət Mərkəzində YOXLAMA başladı: “Cavabdehlər dərhal cəzalandırılacaq”
“Sədərək” bağlandı, sahibkarlar yer pulundan azad olundu
"Sədərək” rəhbərliyi icarədarlardan pul tələb edir? - AÇIQLAMA
“Sədərək” ticarət mərkəzi açılır? — RƏSMİ
Bakıda bu məşhur bazar bağlanır? - Rəsmi
“Sədərək” ticarət mərkəzində partlayıcı vasitələr aşkar edilib
“Sədərək” bağlandı? - Açıqlama
Sədərək TM bağlanır?- Rəsmi
SON DƏQİQƏ - “Sədərək” ticarət mərkəzi yanır
"Diqlas"da malı yanan sahibkarlar prokurorluqda dindirilir
Sədərək Ticarət Mərkəzində yanğın olub
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 