Milli Məclisin iyun ayının 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb. ONN media xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb. Gündəliyə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) daxil edilib. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik bu gün Milli Məclisdə birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Milli Məclis sabah nələri müzakirə edəcək?



Maska taxmayanların cəriməsi nə qədər olacaq?
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
Maska taxmamağa görə cərimələr artırıldı
SON DƏQİQƏ: Maska taxmayanlar cərimələnəcək - QANUN QƏBUL EDİLDİ
Azərbaycanda maskaya görə cərimələr ARTIRILIR
SON DƏQİQƏ: Azərbaycanda maskaya görə cərimələr KƏSKİN ARTIRILDI
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi
Bu gündən artan cərimələrin tətbiq olunacağı yerlər - SİYAHI
Sərt karantin rejiminə əməl etməyənlərin aqibəti NECƏ OLACAQ? – RƏSMİ
Milli Məclis bu gün cərimələri qaldıracaq
Bu şəxslər 5 min manat cərimələnəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 