Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə edilib. ONN media xəbər verir ki, layihədə sanksiyalar nəzərdə tutulub. Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. Deputat Fazil Mustafa təklif edib ki, qanun yalnız fiziki şəxslərə şamil edilsin. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, qanun layihəsi vacibdir və insanların səhhətinin qorunmasına xidmət edir. O, deyib ki, koronavirusla mübarizədə ən təhlükəli meyil bu xəstəliyin olmasına inanmamaqdır. Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
SON DƏQİQƏ: Maska taxmayanlar cərimələnəcək - QANUN QƏBUL EDİLDİ



Maska taxmayanların cəriməsi nə qədər olacaq?
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏR
SON DƏQİQƏ: Azərbaycanda maskaya görə cərimələr KƏSKİN ARTIRILDI
Maska taxmamağa görə cərimələr artırıldı
Azərbaycanda maskaya görə cərimələr ARTIRILIR
Milli Məclis sabah nələri müzakirə edəcək?
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi
Bu gündən artan cərimələrin tətbiq olunacağı yerlər - SİYAHI
Sərt karantin rejiminə əməl etməyənlərin aqibəti NECƏ OLACAQ? – RƏSMİ
DİQQƏT- Sabahdan 2 min cərimələnəcəksiniz
Bu yerlərdə maska taxın, yoxsa CƏRİMƏLƏNƏCƏKSİNİZ - SİYAHI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 