Avstraliyalı araşdırmaçılar indiyədək irəli sürülən nəzəriyyələrin əksinə olaraq, ölülərin məzarda “sakit yatmadıqlarını” iddia edib.
ONN media xəbər verir ki, sürətləndirilmiş kameralarla reallaşdırılan çəkilişlərdə ölü bədənin quruma və çürümə prosesində üzvlərinin hərəkət etdiyini ortaya çıxarıb. 70 cəsəd üzərində araşdırma aparan Avstraliya Təcrübə Araşdırmaları Mərkəzi (AFTER) ölmüş bədənin bir il keçdikdən sonra belə orqanların hərəkət etdiyini aşkar edib. Sürətləndirilmiş kameralar 17 ay ərzində hər 30 dəqiqədən bir cəsədlərin fotolarını çəkib. Əldə edilən nəticələrdə bədənin quruma və çürümə prosesində hərəkət etdiyi bəlli olub. Bunun xüsusən detektivlər və patoloqlar üçün önəmli bir kəşf olduğu bildirilib. Araşdırmaçı Alison Vilson qeyd edib ki, araşdırmalar zamanı qolların hiss ediləcək səviyyədə hərəkət etdiyini üzə çıxarıblar: “Bədəni sarılmış və ya bədənin yanında duran qollar ya yana düşür, ya da geniş açılır. Yana açılan qollar yenidən geri hərəkət edərək bədənə toxunur”. Vilsona görə, bu hərəkətlənmə birləşdirici toxumaların qurumasıyla bədənin kiçilib büzülməsindən irəli gələ bilər. Nyukasl Universitetinin anropoloqu Xante Mallett isə bildirib ki, ölünün hərəkət etməsi insanları təəccübləndirəcək: “Mən bunu görəndə heyrətləndim, qolların bu formada hərəkət etməsini görəndə ağzım açılı qaldı”. Bugünədək cəsədin uzun illərdən sonra da, məzara qoyulmuş vəziyyətdə qalmasına inanılırdı.(teleqraf) https://www.youtube.com/watch?v=WWu3jdPU_qE&feature=emb_titleAlimlərdən SENSASİON ARAŞDIRMA: ölülər məzarda hərəkət edir və... — VİDEO



Ölümdən sonrakı həyat: Alimlər ruhun varlığını SÜBUT ETDİLƏR
İnanılmaz: Vampirlər gerçək imiş? – İlginc faktlar/Foto
D vitamini yalnız günəş şüalarından yaranır?
DİQQƏT: Koronavirusun yeni yoluxma yolları tapıldı
Çinlilərin möhtəşəm SAĞLAMLIQ DÜSTURU - Bədən hansı saatlarda nələr etməlidir? - VİDEO
İsrail alimləri qatıqdan “COVID-19”u müalicə edən dərman yaratdı…
İsti havada bu qidalardan imtina edin
İsti havada bu qidalardan imtina edin
Restoranda qorxunc anlar - Servis edilən toyuq hərəkət etməyə başladı - VİDEO
5 uşaq anasını öldürüb zibil qutusuna atdılar
Bu şəxslər 40 manat cərimələnəcək
Bu marşrutun hərəkət sxemi dəyişdirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 