Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova ölkə əhalisinə müraciət edib. Müraciətdə deyilir: “Əziz və hörmətli həmvətənlərim! Bütün dünyada olduğu kimi, ölkəmizdə də koronavirusa və bu virusun millətimizin hər bir fərdi üçün yaratdığı hədələrə qarşı hərtərəfli mübarizə aparılır. 2020-ci fevral ayından başlayaraq ölkəmizdə görülməyə başlanan koronavirus infeksiyasının qarşısının alınması məqsədilə dövlətin bütün gərəkli qurumları səfərbər olub. Cənab Prezident bu virusun ölkəmizə verə biləcəyi zərəri minimuma endirmək üçün ciddi siyasi iradə ortaya qoymuş və effektiv tənzimləmə mexanizminin formalaşdırılması üçün müvafiq göstərişlər verib. Görülmüş tədbirlər müsbət nəticələr versə də, aprelin 27-dən xüsusi karantinin rejiminin mərhələli şəkildə yumşaldılması və təəssüflər olsun ki, müəyyən olunmuş qaydalara və təcrid tövsiyyələrinə riayət edilməməsi son günlər infeksiyaya yoluxanların sayının kəskin artması ilə nəticələnib. Buna görə də Operativ Qərargahın qərarı ilə 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaqdır. Qərarda göstərilən tələblərə riayət edilməsinin mütləq olmasını nəzərə alaraq, hər bir həmvətənimdən bir ana, bir azərbaycanlı və Milli Məclisin Sədri olaraq xahiş edirəm: millətimizin bu bəladan ən qısa müddətdə xilas olması üçün üzərinizə düşən mühüm missiyanı yerinə gətirin – qoyulmuş tələblərə və verilmiş tövsiyyələrə riayət edin, özünüzü, ailə fərdlərinizi və yaxınlarınızı, həmçinin ətrafınızda olan insanları düşünün və bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın. Unutmayaq ki, görülən bütün bu tədbirlərin ali məqsədi siz əziz həmvətənlərimizin sağlamlığının və həyatının qorunmasıdır".
Sahibə Qafarova xalqa səsləndi: "Bir ana kimi xahiş edirəm..."



Sahibə Qafarova Şəntopa başsağlığı verdi
Qafarova Türkiyəyə başsağlığı verdi
Ombudsman koronavirus epidemiyası ilə bağlı xalqa müraciət etdi
SON DƏQİQƏ: Milli Məclisə yeni sədr seçildi
Sahibə Qafarova Mustafa Şentopa zəng etdi
Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
Sahibə Qafarova türkiyəli həmkarına zəng etdi
FHN-dən çimərliklərlə bağlı növbəti xəbərdarlıq
Parlament komitə və komissiya iclaslarını DAYANDIRIR
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri “Bakı Bəyannaməsi”ni imzaladı
MTRŞ-dən koronavirusla bağlı televiziyalara - Müraciət
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 