Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdən istifadə ilə əlaqədar növbəti dəfə xəbərdarlıq edib.
FHN-dən ONN media-a daxil olan məlumatda deyilir:
"Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün respublikanın bir sıra şəhər və rayonlarında yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib.
Yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə çimərliklərdən istifadəsi qəti şəkildə qadağan olunur.
Bu qadağanın təmin edilməsi və vətəndaşların çimərliklərə üz tutmasının qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri Daxili İşlər Nazirliyi ilə birgə fəaliyyətdə Xəzər dənizinin Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu sahili boyu həm quruda, həm də qayıqlarla dənizdə patrul xidməti aparacaq.
Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq"



Çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edildi
FHN çimərliklərə nəzarəti gücləndirdi
Bakıda polis maşınları marketi mühasirəyə aldı
DYP: Əziyyət çəkib gəlməyin, buraxmayacağıq!
Bu rayonlarda da karantin rejimi sərtləşdirildi
Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi ELAN EDİLDİ
Bakı metrosu fəaliyyətini dayandıracaq — RƏSMİ
“Azərsu” xüsusi rejimdə işləyəcək
Bakı metrosu bu gündən fəaliyyətini DAYANDIRDI
Region qeydiyyatında olanlar Bakıya qayıda bilməyəcəklər- XƏBƏRDARLIQ
Rayonlara giriş- çıxış məhdudlaşdırıldı
Sərt karantin günlərində apteklər bu qaydada işləyəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 