Bu gün gecə saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə xüsusi karantin qaydalarının sərtləşdirilməsi qərarı qüvvəyə minib. Artıq gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları əməkdaşları istisna olmaqla vətəndaşların evdən çıxması qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilər. Gecə saat 00:00-dan etibarən daxili işlər orqanları əməkdaşları küçələrə nəzarəti gücləndirib, icazəsi olmadan hərəkət edən şəxs məsuliyyətə cəlb olunur. Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrədə karantin qaydalarını pozan hərəkət iştirakçılarını saxlayır: "Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir. Sabah sutka ərzində yollarda karantin qaydalaraını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək". K. Əliyev bildirib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də aşkarlanıb: "Bəzi hərəkət iştirakçıları icazə olmadığı halda rayonlara getməyə və ya bölgələrdən bu ərazilərə daxill olmağa cəhd ediblər. Həmin şəxslər polis naryadları tərəfindən saxlanılıblar".
Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır



Bu ərazilərdə karantin postları ləğv edildi
Yalnız fərqlənmə nişanı olan taksilərə icazə veriləcək - BDYPİ rəsmisi AÇIQLADI
Karantin postları ləğv edildi- Cərimələr necə olacaq?
Bu ərazilərdə polis postları qurulacaq
Postlardan keçə bilmək üçün icazə kağızı bəs etməyəcək - ŞƏRTLƏR
Karantin rejimini pozan yüzə yaxın şəxs CƏZALANDIRILDI
Rayona getmək istəyənlərin nəzərinə - ŞƏRTLƏR AÇIQLANDI
İcazəsi olmayan vətəndaşlar postlardan keçirilməyəcək - Kamran Əliyev
DYP-dən əhaliyə müraciət
Sabahdan bu da qadağan olunacaq- Rəsmi
Bakıda yenidən karantin postları quruldu - Rəsmi
Azərbaycanda avtomobillərin texniki baxışı dayandırıldı - Cərimə olmayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 