www.asanpay.az ünvanından avtomobil sahiblərinin telefonlarına son tarix göstərilməklə növbəti texniki baxışın keçirilməsi, əks halda cərimə tədbirlərinin qüvvəyə minməsi barədə SMS-lər daxil olmağa davam edir. Paytaxt sakinləri üçün texniki baxış Xırdalan və Sabunçudakı DYP mərkəzlərində edilə bilər. Ancaq bu gün bir çox avtomobil sahibləri üçün karantin tədbirləri şəraitində bunu etmək bir qədər çətin görünür. Bununla yanaşı texniki baxış zamanı növbə, sıxlıq yaranır ki, bu da vətəndaşların sağlamlığı üçün təhlükə yaradır. Bəs avtomobil sahibləri üçün texniki baxış vaxtını dəyişdirmək mümkündürmü? ONN media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev yenisabah.az-a mövcud vəziyyətlə əlaqədar bu müddət ərzində texniki baxışdan keçməyən şəxslərin əlavə məsuliyyətə cəlb olunmayacağını və onların bu qayda pozuntusunun xüsusi texniki vasitənin köməyilə aşkar edilməyəcəyini deyib: "Avtomobil sahibi olan şəxslərin hazırda bu məqsədlə harasa getməsinə ehtiyac yoxdur. Bu proses xüsusi karantin rejiminin sonunadək dayandırılıb. Sözsüz ki, bu məhdudiyyət və inzibati məsuliyyətə cəlb olunmaq xüsusi karantin rejiminin tətbiqindən başlanan və sonunadək olan müddətə təsadüf edən nəqliyyat vasitələrinə aiddir. Əhalinin evdən çıxmaması haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib. Ona görə də hazırda onlar məsuliyyətə cəlb olunmayacaqlar. Sürücülərin narahatlığına ehtiyac yoxdur. Karantin müddəti başa çatdıqdan sonra onlara vaxt veriləcək ki, gedib texniki baxışdan keçsinlər. Amma verilən müddət ərzində texniki baxışdan keçməsələr artıq inzibati məsuliyyətə cəlb olunacaqlar”.
Azərbaycanda avtomobillərin texniki baxışı dayandırıldı - Cərimə olmayacaq



Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
50 manat cərimələnə bilərsiniz - Yol polisindən XƏBƏRDARLIQ
Bu şəxslər avtomobilini texniki baxışdan keçirsin
Sürücülərə ŞAD XƏBƏR: Buna görə cərimə yazılmayacaq
DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
DYP-dən sürücülərə SƏRT xəbərdarlıq
DYP sürücülərə müraciət etdi
Bayramda avtomobilləri texniki baxışdan keçirmək olacaq?
Sürücülərə şad xəbər- Bundan sonra...
Sabahdan bu sürücüləri 300 manata kimi cərimə gözləyir
Sürücülərin DİQQƏTİNƏ- Siz 50 manat cərimə oluna bilərsiniz
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 