Yaponiyanın elektronika sahəsində tanınmış "Murata Manufacturing" və toxuculuq sahəsində fəaliyyət göstərən "Teijin Frontier" şirkətləri birlikdə mikroblara qarşı elektrik enerjisindən istifadə edən parça hazırlayıblar.
ONN media xəbər verir ki, bu barədə həmin şirkətlərin prezidentləri Osakada keçirilən mətbuat konfransı zamanı bəyan ediblər. Bildirilib ki, həmin parçadan hazırlanmış istənilən geyimi istifadə edən insan hərəkət zamanı bu materialı ya dartır ya da sıxır. Nəticədə elektrik enerjisi yaranır ki, həmin enerji də kimyəvi maddələrdən və ya üzvi həlledicilərdən istifadə etmədən mikrobların sayını azaldır. Bu, eyni zamanda, ətraf mühitə də müsbət təsir göstərir. Həmin şirkətlər "Pieclex" adlanan parçadan istifadə etməklə idman geyimləri, corablar, tibbi maskalar və digər məhsullar istehsal etməyi planlaşdırırlar. Bu məhsulların satışına isə gələn ilin martında başlamaq nəzərdə tutulur. Həmçinin bu materialın virusa qarşı da səmərəli olduğu bildirilir. Hazırda onun koronavirusa qarşı istifadəsinin mümkünlüyü araşdırılır. Yeni məhsulu yüksək qiymətləndirən "Murata Manufacturing" şirkətinin prezidenti Murata Tsuneo deyib: "Bu, gələcəyin sərhədsiz imkanlara malik elektrikli parçasıdır".(azərtac)Mikrob əleyhinə parça hazırlandı



Laçın və Kəlbəcərdə külək elektrik stansiyaları tikiləcək
İlin sonunda bərpa olunan enerji hərracları keçirilə bilər
Filtrli maskalar təhlükəlidir?
Şad xəbər: Elektrik enerjisi ilə bağlı limit artırılır
Borcu olanların işığı kəsiləcək – Xəbərdarlıq
Ağıllı sayğaclarla bağlı qanun təsdiqləndi
Min bir dərdin DƏRMANI: Bu xəstəlikləri olanlar mütləq İSTİFADƏ ETSİN!
Qarın piylərini sürətlə əridən qidalar - SİYAHI
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
Bu 5 cihazı elektrik yuvasından ayırmasanız...
Bu maşınlar ucuzlaşacaq
"Azərişıq"dan açıqlama: Rekord tələbat qeydə alındı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 