İyunun 6-dan etibarən tətbiq edilən sərt karantin rejimi ilə əlaqədar böyük marketlər şəbəkəsinin boşalan piştaxtalarının bəziləri hələ də ərzaqla doldurulmayıb.
Məsələ ilə bağlı açıqlama verən "Araz" marketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova bildirib ki, bəzi filiallarda yalnız çörəklə bağlı müəyyən çatışmazlıq olub.
“Çörək zavodları gecə işləməyib və fəaliyyətə səhər saatlarında başladığına görə bəzi marketlərdə rəflərdə çatışmazlıq olub. Şəhərin bütün marketlərində vəziyyət belədir. Gündəlik tələbat məhsulları isə rəflərdə yerini alıb və onlarla bağlı hansısa problem yaşanmayıb. Biz müştərilərin tələbatını ödəməyə tam hazırıq”, - deyə o bildirib.
OBA marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlkin İzzət deyib ki, sərt karantin rejimi ilə əlaqədar OBA market gücləndirilmiş rejimə keçib:
“Sərt karantin rejimi ilə bağlı qərar verildiyi andan gücləndirilmiş rejimdə çalışırıq. Hazırda da lazımi tədbirləri görürük. Qarşıdakı günlərdə ərzaq təminatı ilə bağlı heç bir problem olmayacaq. Müştərilərimiz ajiotaja düşmədən alış-verişlərini edə bilərlər”.
Qrandmart MMC mağazalar şəbəkəsinin satış müdiri Əli Kazım isə bildirib ki, şirkətin tərkibində fəaliyyət göstərən “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” marketləri bu gün saat 6:00-dan gücləndirilmiş rejimə keçirilib:
“Hazırda məhsul tədarüküylə bağlı heç bir sıxıntı yaşamırıq”.



Bakıda bu marketlər şəbəkəsində çörək pulsuz oldu
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...
Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA
"Araz" marketinin müdiri 9 min AZN borca görə intihar edib?
Bu ərazilərdə polis postları qurulacaq
Sərt karantin rejimi nə vaxt yumşaldılacaq? – Operativ Qərargahdan AÇIQLAMA
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
OBA-nın 4 keçmiş əməkdaşı həbs edildi
Bu ölkədə sərt karantin rejimi ləğv edilir
Karantin rejimi nə vaxt tam ləğv olunacaq? – AÇIQLAMA
Tanınmış jurnalist YÜKSƏK VƏZİFƏYƏ təyin olundu - FOTO
Karantin Bakıda hovuzları bahalaşdırdı - 3500 manata...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 