Azərbaycanda əhalini ərzaqla təmin edən marketlər şəbəkəsi xüsusi karantin rejimində gücləndirilmiş iş şəraitində çalışır. Bu səbəbdən həmin marketlərdə çalışan işçilərin maaşlarında artım edilməsi məsələsi gündəmə gəlib. Məsələ ilə bağlı açıqlama verən “Araz” supermarketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, işçilərin maaşları bu aydan etibarən artırılacaq. “Bu çətin günlərdə gücləndirilmiş iş rejimində çalışan, insanların qida ehtiyacını qarşılamaq üçün iş başında olan market əməkdaşlarımıza hər şeydən əvvəl dərin minnətdarlığımızı bildiririk. Mart ayında market əməkdaşlarının gərgin əməyini nəzərə alaraq, onlara mükafat təqdim olundu. Aprel ayının 1-dən isə market əməkdaşlarının maaşı artırılıb. Onlar bu artımı may ayında alacaqları maaşda hiss edəcəklər. Hər bir əməkdaşımıza möhkəm can sağlığı və uğurlar arzulayırıq”, - o deyib. “Qrandmart”, “Fresko”, “Səbət”, “Avromart” mağazalar şəbəkəsinin satışı müdiri Əli Kazım isə bildirib ki, işçilərin hər birinə bu ay mükafat verilməsi nəzərdə tutulub: “Koronavirusla əlaqədar işçilərin 10 faizi valideynləri icazə verməməsi və s. səbəbdən işdən ayrılıb. Yerdə qalan 90 faiz işçimizin hər birinə mükafat veriləcək. Bundan başqa, övladı olan işçilərimizə hər övladına görə şirkət tərəfindən müəyyən yardımlar edilir. Həmçinin daha aşağı gəlirli işçilərimizə də köməklik edilir. Bunun üçün şirkətin xüsusi komissiyası var. Komissiyanın rəyinə əsasən həmin işçilərə ərzaq yardımı və əmək haqqından əlavə pul verilir”.
Bu şəxslərin maaşı artdı: mükafat da veriləcək...



Bakıda marketlər niyə yenə boşdur?
Bakıda bu market pulsuz ərzaq paylayır
Bakıda bu marketlər şəbəkəsində çörək pulsuz oldu
Bu marketlərdə yeni kassa aparatları quraşdırılır
Xüsusi karantin rejimində market və apteklər işləyəcək
Paşayevadan çağırış: Çörəyi pulsuz edin!
“Araz” supermarketdə araşdırma başladıldı, nəticə isə...
Bakıda bu marketdə inanılmaz yenilik
Bu şəxslərin maaşı artırıldı-DİQQƏT
Məşhur iş adamı "Bizim market"i satdı
"Araz" marketinin müdiri 9 min AZN borca görə intihar edib?
OBA-nın 4 keçmiş əməkdaşı həbs edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 