"Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir". ONN media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib. Dövlət başçısı bildirib ki, indi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda: "Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir". Prezident İlham Əliyev vurğulayıb ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq: "Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır".
Ölkə başçısı həftəsonu qadağasından danışdı



Heç kimə heç bir imtiyaz verilməyəcək - Prezidentdən XƏBƏRDARLIQ
Bu sözlərim hamı üçün əsas olmalıdır - Prezident
Ölkə başçısı məhdudiyyətlərin yumşaldılmasından danışdı
Prezident “Fairmont”dakı hadisədən danışdı - VİDEO
İlham Əliyev: “Azərbaycanda koronavirusla bağlı vəziyyət nəzarət altındadır”
“Bizdə məsafə saxlayan var?” - Prezident
Xüsusi karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA
“Yaxşı başa düşürük ki, insanlar yorulub…” – Prezident karantin rejimindən danışdı
"Təbii ki, dövlət öz dəstəyini göstərməlidir"- İlham Əliyev
Azərbaycan Prezidentindən vətəndaşlara MÜHÜM ÇAĞIRIŞ
İlham Əliyev həbs olunan icra başçılarından danışdı
Prezident: Biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 