İsmayıllı rayonunun daha bir kəndinin sakinləri arasında koronavirusa yoluxma aşkarlanıb.
Rayonun Bizlan kənd ərazi nümayəndəsi Şahbəndər Əmrahiyev Azvision.az -a açıqlamasında bildirib ki, kənddə 3 nəfər koronavirusa yoluxub.
“Kənd sakinlərinin məlumatına əsasən, iki qadın İsmayıllı rayonunda yas məclisində iştirak ediblər və orada virusa yoluxublar. Yoluxanlardan biri koronavirus testi pozitiv çıxan qadının qardaşıdır.
Onlar Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gündəlik xəbər alıram, qızdırmaları ölçülür və heç bir narahatlıq yoxdur. Həmin şəxslərlə təmasda olanlardan analizlər götürülüb və nəticələri neqativ çıxıb".
Ş.Əmrahiyev bildirib ki, qonşu Tircan kəndinə daha 4 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.
Xatırladaq ki, son günlər İsmayıllıda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bu rayonda iki günlük sərt karantin rejimi tətbiq olunacaq.



Kürdəmirdə 46 nəfərin koronavirusa yoluxduğu kəndlə bağlı YENİ XƏBƏR
ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
Sərt karantin rejimi bu bölgələrdə tətbiq olunacaq
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Azərbaycanda koronavirusa ən çox yoluxma hansı ərazidədir?
Koronavirusla bağlı son statistika
Cəlilabadın bir kəndinin 26 sakinində koronavirus aşkarlandı
Türkiyədə daha 141 nəfər koronavirusdan öldü
Bu ölkədə daha bir nəfər koronavirusa yoluxdu
Makron da koronavirusa yoluxdu
Azərbaycanda bu kənddə koronavirusa KÜTLƏVİ YOLUXMA: İki qardaş öldü
Azərbaycanda qarayara xəstəliyinə kütləvi yoluxma aşkarlanıb?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 