Azərbaycanda iş qrafiklərinin dəyişdirilməsi ilə bağlı məsələ həmişə aktualdır.
Bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.O qeyd edib ki, iş qrafiklərinin dəyişdirilməsi Bakıda sıxlığın aradan qaldırılmasına kömək ola bilər:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlının qaldırdığı bu məsələ çox aktualdır. Bu məsələni 5-6 il bundan qabaq Milli Məclisdə gündəmə gətirmişdim ki, Bakıda sıxlığın aradan qaldırılması üçün bu təcrübədən istifadə edilsin.
İş vaxtları, məktəblərin, universitetlərin dərs qrafiki müxtəlif saatlara çəkilsin və hamı eyni vaxtda səhər evdən çıxıb axşam evə qayıtmasın. Bu zaman çox böyük sıxlıq və gərginlik yaranır. Hesab edirəm ki, təkcə pandemiya dövründə deyil, sonrakı vaxtlarda da, xüsusən Bakı şəhəri üçün bu məsələ çox aktualdır.
Dərs və iş qrafikləri 1-2 saat fərqlə tərtib olunsa, həm nəqliyyatda sıxlığı aradan qaldıra bilərik, həm də bu, insanların kütləvi şəkildə bir yerə toplanması və virusa yoluxmaların qarşısının alınmasına kömək ola bilər.
Fərqli vaxtlarda işdən çıxan adamlar marketlərə, idman zallarına, restoranlara və digər yerlərə də fərqli vaxtlarda gedəcəklər və həmin məkanlarda gərginlik və sıxlığın qarşısı alınacaq. 1-2 saat fərq təkcə iş yerlərində deyil, bizim sosial həyatımıza da rahatlaşma gətirə biləcək”.
Komitə sədri vurğulayıb ki, bununla bağlı Avropa ölkələrinin təcrübəsi var: “Bəzi Avropa ölkələrində bir sıra yerlərdə iş səhər saat 7-də başlayır. Vacib deyil ki, hər yerdə iş səhər saat 9-da başlasın. Saat 07:00-da, 08:00-da, 10:00 və 11:00-da da iş başlaya bilər. Tez işə gələn də işdən tez çıxacaq və digər işləri ilə məşğul olacaq. Bu tədbir həyata keçirilə bilər. Bununla bağlı özəl sektora tövsiyə verilə bilər, dövlət qurumları da qərar qəbul edə bilər ki, hansı iş saat neçədə başlasın”.
Qeyd edək ki, R.Bayramlı bildirib ki, səhər və axşam saatlarında işə gəlib-gedənlərin sayının nizamlanması, nəqliyyatda sıxlığın yaranmaması üçün təkliflər hazırlanaraq Operativ Qərargaha təqdim edilib.
Onun sözlərinə görə, sıxlığın yaranmaması üçün müəssisələrə müraciətin edilməsi nəzərdə tutulur: “İş yerlərinə müraciət etmək istəyirik ki, işçilər 3 qrupa bölünsünlər və ayrı-ayrı saatlarda işə gəlsinlər”.



Azərbaycanda koronavirusa yoluxma ilə bağlı ən riskli yerlər açıqlandı — RӘSMİ
TƏBİB sədrindən koronavirusla bağlı XƏBƏRDARLIQ: “Ən böyük təhlükə qarşıdadır”
Azərbaycanda şəhid ailələri ilə bağlı VACİB YENİLİK: qanun dəyişir, BUNDAN SONRA...
Bu deputatlara maşın verilir - Siyahı
SON DƏQİQƏ: Bu küçə və prospektlərdə sıxlıq var
Azərbaycanda bu tarixdən peyvəndləmə başlayacaq - RƏSMİ
Ramin Bayramlı vəzifədən azad edilib? - TƏBİB-dən AÇIQLAMA
Əflatun Amaşov Milli Məclisdə saytların məsələsini qaldıracaq
Sərt karantinlə bağlı VACİB AÇIQLAMA: Gələn həftədən...
Ramin Bayramlı danışdı: Əsas məqsədimiz...
Parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin edildi
Deputatdan nazirə təklif: Onlara dəfn müavinəti verilsin
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 