2015-ci il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı itkin düşən dənizçilərdən daha ikisinin meyitinin tapıldığı bildirilir.
ONN media xəbər verir ki, bu barədə axar.az-a özəl mənbədən məlumat verilib.
Qeyd edilib ki, bu meyitlər də ötəndəfəki kimi, 190 metr dərinlikdə aşkarlanıb.
Hazırda meyitlərin dərinlikdən çıxarılması üçün tədbirlər həyata keçirildiyi vurğulanıb.
Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq SOCAR-ın mətbuat katibi İbrahim Əhməd bildirib ki, son günlər itkin düşən neftçilərə aid meyit tapılmayıb:
“Bildiyiniz kimi, bir müddət əvvəl dənizin dərinsulu hissəsində sualtı boru xətləri təftiş olunarkən itkin düşmüş iki həmkarımızın meyiti aşkarlanıb, sudan çıxarılmışdı və onların kimliyi təsdiqləndikdən sonra torpağa tapşırıldı. Bu hadisədən sonra sualtı təftiş əməliyyatları plan üzrə davam etməkdədir. Təftiş zamanı bəzən şübhə-ehtimal doğuran görüntülərə rast gəlinə bilir və belə olan halda müvafiq dəqiqləşdirmələr aparılır. Bizdə olan məlumata görə, son günlərdə itkin düşmüş həmkarlarımıza aid heç bir meyit sudan çıxarılmamışdır. Ümumilikdə isə əgər dənizdə bir meyit aşkarlanıb, sudan çıxarılarsa, öncə onun kimliyi müəyyən edilməlidir. Belə olan halda güman olunan şəxsin ailə üzvləri ilə dərhal əlaqə saxlanılır və meyitin kimə aid olması təsdiqlənəndən sonra ictimaiyyətə məlumat verilir. Belə bir məlumatımız olsa, biz onu media mənsublarına təqdim edəcəyik”.
Qeyd edək ki, “Günəşli” yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb.
Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib.
Ötən ay itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi



İkinci meyit də 2015-də itkin düşən neftçinindir - Təsdiq
“Günəşli” faciəsində itkin düşən daha bir neftçinin meyiti tapıldı
Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin QALIQLARI TAPILDI
İtkin düşən jurnalistin meyidi tapıldı
İtkin düşən hərbiçilərin bir qismi əsirlikdədir- Rəsmi
İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı
20 gün əvvəl itkin düşən qadının meyiti hovuzdan tapıldı
Meşədə itən oğlanın meyidi tapıldı
8 il öncə itkin düşən təyyarə tapıldı
Azərbaycanda itkin düşən məktəblinin meyiti tapıldı - 1 AY SONRA
Keçmiş ANS-çinin ölümü ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
Ermənistanın itkilərinin sayı artdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 