"May ayının 19-da Günəşli yatağında aşkar olunub, iyun ayında dənizdən çıxarılan iki cəsəddən birinin 2015-ci ildə SOCAR, 28 May adına NQÇİ-nin 10-cu platformasında baş verən yanğın nəticəsində həlak olan Elşad Rəsulova məxsus olduğu dəqiqləşib. Cəsəd sabah mərhumun ailəsinə təhvil veriləcək". ONN media xəbər verir ki, bunu hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, "Günəşli" yatağında yanğın 2015-ci il 4 dekabrda 10 saylı dərin dəniz özülündə baş verib. Hadisə nəticəsində 63 nəfər zərər çəkib. Onlardan 9 nəfər dünyasını dəyişib, 22 nəfər itkin düşüb. Bu hadisə ilə əlaqədar olaraq 6 dekabr Azərbaycanda matəm günü elan edilib. Bir müddət əvvəl itkin düşən dənizçilərdən ikisinin - 1954-cü il təvəllüdlü Əbdüləziz İsmayıl oğlu Əbdüləzizov və 1973-cü il təvəllüdlü Əyyub Xəlil oğlu Əliyevin meyiti tapılmışdı. Meyitlər tanınan vəziyyətdə idi.
“Günəşli” faciəsində itkin düşən daha bir neftçinin meyiti tapıldı



Günəşli hadisəsi zamanı itkin düşən daha 2 neftçinin meyidi tapıldı
İkinci meyit də 2015-də itkin düşən neftçinindir - Təsdiq
Xəzərdə 6 il əvvəl itkin düşən neftçinin QALIQLARI TAPILDI
“Günəşli” faciəsindən 6 il ötür
"Günəşli" yatağında ölüm hadisəsi... - Rəsmi
Azərbaycanda itkin düşən məktəblinin meyiti tapıldı - 1 AY SONRA
20 gün əvvəl itkin düşən qadının meyiti hovuzdan tapıldı
İtkin düşən Azərbaycan əsgərinin meyiti neytral ərazidən tapıldı
İtkin düşən qadın tapıldı - Gəncədə
Ağdamda itkin düşən şəxsin meyiti tapıldı - Minaya düşüb
Azərbaycanda güclü partlayış: 3 nəfər xəsarət aldı
Xəzərdə itkin düşmüş neftçidən YENİ XƏBƏR
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 