Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) qonşu ölkələrdə baş verən zəlzələlərin Azərbaycana təsirlərinə münasibət bildirib. ONN media xəbər verir ki, RSXM-nin Mətbuat Xidmətinin rəhbəri Vüsalə Rafiqqızı qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsirinin olmadığını deyib. "Bizim yerləşdiyimiz region və cənub qonşumuz İranın ərazisində, eləcə də qardaş Türkiyə ərazisində seysmik aktiv bölgələr var. Cənubi Qafqaz regionu da seysmik aktiv bölgədə yerləşir. Zəlzələ ocaqları qırılma xətləri boyunca yerləşib və litosferin dərin qatlarında gedən proseslərin nəticəsi olaraq, həmin ocaqlarda enerji boşalmaları gedir, zəlzələlər baş verir. Bu proses demək olar ki, davamlı gedir və hər gün stansiyalarımız tərəfindən olduqca onlarla zəif təkanlar qeydə alınır. Dəfələrlə bəyan etdiyimiz kimi, bizim ərazinin Türkiyə və İrandakı seysmik zonalarla hər hansı əlaqəsi yoxdu. Ona görə də qonşu ölkələrdəki zəlzələlərin Azərbaycana təsiri yoxdur", - V.Rafiqqızı söyləyib. Son günlər Gədəbəydə və Samuxda qeydə alınan təkanlara gəlincə, V.Rafiqqızı söyləyib ki, Azərbaycan ərazisi seysmik bölgə olduğuna görə burda hiss edilən və edilməyən zəlzələlər ola bilər: "Hər iki zəlzələ hiss edilməyən zəlzələ idi. Biz beynəlxalq razılaşmaya əsasən maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər barədə məlumatları müntəzəm olaraq ictimaiyyətə açıqlayırıq. Odur ki, hər iki zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur. Zəlzələ təbii və dəqiq proqnozu olmayan təbiət hadisəsidir. Olub-olmayacağına dair birmənalı fikir söyləmək mümkün deyil".
Türkiyədəki zəlzələ ölkəmizdə təkrarlana bilər?



XƏBƏRDARLIQ: Yeni zəlzələlər gözlənilir
Azərbaycanda gün ərzində baş verən zəlzələlər... - RƏSMİ AÇIQLAMA
Avropadakı dəhşətli zəlzələlər Azərbaycanda da BAŞ VERƏ BİLƏRMİ? - AÇIQLAMA
Seysmoloji mərkəz: Yenidən zəlzələ ola bilər
Azərbaycanda 7.5 ballıq zəlzələ olacaq?- ŞOK İDDİA
Bakıda zəlzələ olacaq? - AÇIQLAMA
8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumata RƏSMİ CAVAB
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda zəlzələ baş verdi
Azərbaycanda zəlzələ oldu
Lerik rayonunda zəlzələ oldu
Hacıqabulda zəlzələ baş verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 