Bir neçə gündür ki, dünyanın müxtəlif ərazilərində güclü zəlzələlər qeydə alınır. Təkcə dünən Albaniyanın paytaxtı Tirana ətrafında baş verən zəlzələ nəticəsində 23 nəfər ölüb. Yeraltı təkanlar nəticəsində 659 nəfər xəsarət alıb. Bu gün isə yerli vaxtla saat 09:23-də Krit adası sahillərində 5,9 ballıq zəlzələ olub. Təkan Türkiyə, Misir, Yunanıstan, İtaliya və Liviyada hiss olunub. Azərbaycan da seysmik zonada yerləşir və ən aktiv zəlzələ zonaları Böyük Qafqazın cənub-şərq yamacında, Şamaxı, İsmayıllı, Talış dağları və Xəzərdədir. Belə olan halda Avropada baş verən zəlzələlərin ölkəmizə təsiri ola bilərmi? Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Azərbaycanda seysmiklik səviyyəsinin mövcud vəziyyəti barədə açıqlamasında bildirdi ki, Avropada baş verən zəlzələlərin bölgəyə təsiri yoxdur: "Quruluş cəhətdən demək olar ki, Avropadakı zəlzələlərin bizə aidiyyəti yoxdur. Yəni Avropada ardıcıl baş verən zəlzələlərin Azərbaycanın seysmik bölgələrinə heç bir təsiri ola bilməz. Bizim ərazidə seysmiklik fon səviyyəsindədir. Hər gün xırda təkanlar olur. Onlar da çox hiss olunmayanlardır. Bu yaxınlarda təkcə Lerik-Lənkəranda zəif hiss olunub. Yəni elə də böyük bir gücə malik deyil ki, fəsadlar törətsin. Respublika ərazisində seysmiklik fon səviyyəsində olduğundan, dağıdıcı fəlakət törətmə ehtimalı yoxdur".
Avropadakı dəhşətli zəlzələlər Azərbaycanda da BAŞ VERƏ BİLƏRMİ? - AÇIQLAMA



Azərbaycanda bu ZONALARDA güclü zəlzələlər ola bilər
Türkiyədəki zəlzələ ölkəmizdə təkrarlana bilər?
Azərbaycanda güclü zəlzələ gözlənilir?
Yetirmişlidən zəlzələ ilə bağlı açıqlama
Azərbaycanda zəlzələ oldu
Azərbaycanın ən təhlükəli zonası açıqlandı
Zəlzələ ilə bağlı daha bir XƏBƏRDARLIQ
Azərbaycanda zəlzələ ocaqları aktivləşib?
Azərbaycanda yenə ZƏLZƏLƏ OLDU (YENİLƏNDİ)
8 bal gücündə zəlzələ olacağı ilə bağlı yayılan məlumata RƏSMİ CAVAB
Azərbaycanda zəlzələ oldu
Azərbaycanda güclü zəlzələ oldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 