ARB 24 telekanalının koronavirusa yoluxmuş müxbiri Hicran Nəsibovanın səhhətində heç bir problem yoxdur, özünü yaxşı hiss edir.
Bunu ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. O bildirib ki, sözügedən əməkdaşın artıq iybilmə və dadbilməsi bərpa olunub:
“Hicran Nəsibova ötən həftənin əvvəllərində işə gələrkən hərarətinin yüksək olması müəyyən edilib və evə göndərilərək test götürülməsi üçün təcili tibbi yardıma müraciət olunub. Təəssüf ki, test nəticəsi pozitiv çıxıb və o, karantinə alınıb. Yaxın günlərdə ondan yenidən test götürüləcək və nəticədən asılı olaraq, evə buraxılıb-buraxılmaması ilə bağlı qərar qəbul ediləcək”.
O.İbrahimli qeyd edib ki, H.Nəsibovada virus aşkar olunduqdan sonra telekanalın binasında dezinfeksiya işləri aparılıb, əməkdaşların koronavirus testindən keçirilməsi üçün müraciət olunub:
“Bununla yanaşı, əvvəllər olduğu kimi, yenə də telekanala daxil olan bütün əməkdaşların, eləcə də canlı efirə qatılan qonaqların hərarəti yoxlanılır. Telekanal daxilində hər bir əməkdaş birmənalı olaraq qoruyucu maskadan istifadə edir və sosial məsafəni saxlayır”.
Qeyd edək ki, ötən gün ARB 24 telekanalının müxbiri Hicran Nəsibovanın koronavirusa yoluxması, iybilmə və dadbilməni itirməsi barədə məlumat yayılıb



ARB-də koronavirusa yoluxanların sayı açıqlandı
Azərbaycanda daha üç televiziya əməkdaşı koronavirusa yoluxdu
ATV-nin binası nəzarətə götürüldü- Nə baş verir?
Daha bir TV-nin əməkdaşları koronavirusa yoluxdu: 8 nəfərdə virus aşkarlandı
Azərbaycanda vəzifəli şəxsdə koronavirus aşkarlandı - SON DƏQİQƏ
11 deputat koronavirusa yoluxdu
Azərbaycanda polisdə koronavirus aşkarlandı
Koronavirusa yoluxan telekanal müxbiri: “Təngnəfəslik əmələ gələndən sonra həkimə müraciət etdim”
Koronavirusa yoluxma ehtimalı olan şəxslərdən testlər evlərdə götürüləcək - RƏSMİ
Şahzadə də koronavirusa yoluxdu - SON DƏQİQƏ
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
3 yaşlı uşaqda koronavirus aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 