ARB 24 telekanalının Operativ Qərargahda keçirilən son brifinqində çəkiliş aparan operatorunda koronavirus aşkarlanıb. ONN media xəbər verir ki, bu barədə məlumatı telekanaldan təsdiqləyiblər. ARB-nin mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli bildirib ki, əməkdaşda heç bir əlamət olmayıb: “Həmin gün işə gələrkən binanın girişində qızdırması ölçülüb və hərarəti normal olduğundan işə başlamasına icazə verilib. Gün ərzində çəkilişdə olub və axşam tərəfi Operativ Qərargahın brifinqinə yollanıb. Orada götürülən testin nəticəsi pozitiv çıxıb. Ondan başqa daha iki əməkdaşımızda da koronavirus aşkarlanıb. Hər ikisi məzuniyyətdə olan bu əməkdaşlar müəyyən əlamətlərdən şübhələndikləri üçün test veriblər və nəticələri pozitiv çıxıb. Hər üç əməkdaşımız hazırda özünü yaxşı hiss edir, səhhətlərində ciddi problem yoxdur”. Ozal İbrahimlinin sözlərinə görə, bununla ARB24 telekanalında COVİD19 infeksiyasına yoluxanların sayı yeddiyə çatıb: “Digər dörd əməkdaşdan ikisinin ikinci testinin cavabı neqativ çıxıb, bir əməkdaş bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb, digərinin müalicəsi isə hazırda xəstəxana şəraitində davam etdirilir”. Ozal İbrahimli bildirib ki, bu yoluxmalara baxmayaraq, ARB24 telekanalı fəaliyyətini davam etdirir: “Telekanalda məhdud yayım həyata keçirilir, əməkdaşlar iki qrupa bölünmüş halda işləyirlər”. “ARB24 xəbər kanalı olduğu üçün əməkdaşlar tez-tez çəkilişlərə yollanırlar, çoxsaylı insanlarla ünsiyyətdə olurlar. Şirkət daxilində və çəkilişlərdə birmənalı olaraq, qoruyucu maska taxsalar, sosial distansiya və gigiyenik tələblərə əməl etsələr də, təəssüf ki, indiyədək yeddi əməkdaşımız bu virusa yoluxub. Bu virusdan heç kim sığortalanmayıb”, - deyən Ozal İbrahimli vurğulayıb ki, təhlükəyə baxmayaraq, ARB24 telekanalının əməkdaşları təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməklə, üzərlərinə düşən xəbər missiyasını uğurla həyata keçirməkdə davam edirlər. / Oxu.az
Azərbaycanda daha üç televiziya əməkdaşı koronavirusa yoluxdu



ARB-də koronavirusa yoluxanların sayı açıqlandı
ARB-nin əməkdaşları koronavirusa görə testdən keçirlər
11 deputat koronavirusa yoluxdu
ATV-nin binası nəzarətə götürüldü- Nə baş verir?
ÜST-nin iki əməkdaşı da koronavirusa yoluxdu
Şahzadə də koronavirusa yoluxdu - SON DƏQİQƏ
Azərbaycanda polisdə koronavirus aşkarlandı
Mirvari Fətəliyeva koronavirusa yoluxdu
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Azərbaycanda daha bir kənddə koronavirus aşkarlandı
Makron da koronavirusa yoluxdu
Başçının xanımı və müavini də koronaya yoluxdu - FOTO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 