Əməkdar artist Tahir İmanov İnstaqramda aparıcılıq etdiyi "Planet Parni iz Baku" komandasının 2+1=4 layihəsinin canlı yayımında Bəhram Bağırzadə haqqında ölüm xəbəri yayanları sərt tənqid edib. ONN media xəbər verir ki, Tahir İmanov bu sözləri deyib: "Bu hadisələr bir həftə, on gün əvvəl başladı. Onu ilk bilən adamlardan biri də mən oldum. Bəhram mənə dedi ki, belə hadisələr baş verir, test vermişəm, müsbət çıxıb. Halbuki hamımız bilirik ki, üç dəfə test verildikdən sonra nəticə bəlli olur. Bəhram çox hisrlənmişdi. Artıq diri adama başsağlığı verməyə başladılar. Bəhram Bağırzadə haqqında sosial şəbəkədə yazıblar ki, "Özünü xəstəliklə reklam edənin hekayəsi... Xəstəlik tutur, test pozitiv göstərir, xəstəxana, ailəsi, özü təsdiqləyir və axşam nə isə olur, testin cavabı neqativ olur". Cavab olaraq həmin şəxsə deyirəm ki, indi bilirsiniz testin nəticəsinin neqativ çıxmadığını. Böyük şəxsiyyətin adına təhqiredici sözlər yazırlar. O, sözün sahibi, eşidirsinizsə, məni tapın. Sizinlə başqa cür danışaq. Ömür boyu kişi kimi pul qazanana, heç kimin qarşısında baş əyməyən insana sizin çox sağ olunuz budur? Ayıbdır. Pərəstişkarlarımızdan xahiş edirəm ki, belə şərhləri görəndə dərhal cavab verin. Sizin dəstəyinizə ehtiyacımız var. Bu günlərdə çox pis şayiələr gəzir, guya Bəhram Bağırzadə dünyasını dəyişib. Birincisi, Bəhram Bağırzadə sağ-salamatdır, nəfəs alır, onu gözəl həkimlər müalicə edirlər. Və Allahın köməyi ilə Bəhram ən yaxın zamanlarda sıralarımıza qayıdacaq. Və özü həmin insanların cavabını verəcək". Qeyd edək ki, Bəhram Bağırzadə koronavirusa görə iyunun 13-dən Mərkəzi Gömrük Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.(Teleqraf.com)
Tahir İmanov şayiə yayanları YIXIB-SÜRÜDÜ: "Başsağlığı verməyə başlayıblar..."



"Bəhramın bu virusa yoluxması xəbərini yayan həkimlərə halallıq vermirik" — Tahir İmanov
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
Bəhram Bağırzadə: “Hamı elə bilir ki, hər şey yaxşıdır, əslində...”
Bəhram Bağırzadə koronavirusa YOLUXDU
Bəhram Bağırzadə bu kanalda veriliş aparacaq
Bəhram Bağırzadə dünyasını dəyişib? – Cabir İmanovdan AÇIQLAMA
Əməkdar artistlər illərdir vəzifədə olan məmurları tənqid etdilər – VİDEO
Bağırzadənin koronavirus testinin nəticəsi açıqlandı: evə buraxılmasına...
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
“Planet Parni İz Baku” cərimələnib? — Tahir İmanovdan AÇIQLAMA
Bəhram xəstəxanadan paylaşım etdi: "Hələ ki, dayanmağı..."
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 