Azərbaycanlı aktyor, əməkdar artist Bəhram Bağırzadənin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb. Belə ki, əməkdar artistin xəstəxanaya yerləşdirildiyi, ondan götürülmüş koronavirus testinin nəticəsinin pozitiv çıxdığı, hazırda temperaturu bir qədər yüksək olsa da, vəziyyətinin stabil olduğu bildirilib.
ONN media xəbər verir ki, əməkdar artist, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov açıqlamasında bildirib ki, B.Bağırzadə ilə bağlı məlumatı yayan həkimlərə halallıq vermir: “Bəhram bəy ilə danışdım. Bəhram Bağırzadə və kollekivimiz adından danışıram. Biz bu məlumatı yayan həkimlərə halallıq vermirik. Bu məlumatı yayan sayta da halallıq vermirik. Bu xəbəri yaymamışdan öncə Bəhramın yaşlı anasını, bacısını düşünsünlər. Yaşlı anasına bir şey olsa, bu xəbəri yayanlar nə edəcək? Elə bilirsiniz bir üzrlə, məhkəmə ilə hər şey bitəcək? Bəhramın anasına bir şey olsa, biz bunu keçməyəcəyik. Biz gərək, hər işi halallıqla edək. Bir insanın özü bu haqda heç bir açıqlama verməyibsə, bu cür məlumatın yayılması doğru deyil. Biz həmişə deyirik ki, bu, bizim subyektiv fikrimizdir, amma bu, obyektiv fikirdir. Çox adam bilir ki, koronavirusla bağlı üç dəfə test edilir. Bu testlər bir gündə aparıla bilməz. Birinci test pozitiv çıxsa da, digərləri neqativ çıxa bilər. Çində bir nəfərin 3 testinin nəticəsi neqativ çıxmışdı, amma öldü. Cəsədindən test götürdülər, pozitiv çıxdı. Çox həssas məsələdir. Ona görə də insanların ailələrini də düşünmək lazımdır”. (musavat.com)"Bəhramın bu virusa yoluxması xəbərini yayan həkimlərə halallıq vermirik" — Tahir İmanov



Bəhram Bağırzadə koronavirusa YOLUXDU
Bəhram Bağırzadə bu kanalda veriliş aparacaq
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
Bəhram Bağırzadə dünyasını dəyişib? – Cabir İmanovdan AÇIQLAMA
Bəhram Bağırzadənin son vəziyyəti ilə bağlı - SON XƏBƏR
Tahir İmanov şayiə yayanları YIXIB-SÜRÜDÜ: "Başsağlığı verməyə başlayıblar..."
Bəhramın səhhəti ilə bağlı son açıqlama
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
Bəhram Bağırzadənin səs yazısı yayıldı: "Özünün koronavirusa inanmadığı vaxtda..."
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Meriya Bəhram Bağırzadə və Tahir İmanova yer bəyəndirə bilmir
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 