Pekinin Sinfadi bazarında balıqların kəsmə lövhəsində koronavirus aşkar edildikdən sonra Avropa somon idxalını dayandırıb.
ONN media xəbər verir ki, ekspertlərin qənaətincə somon balıqları Çin paytaxtında ikinci yoluxma dalğasının mənbəyi ola bilər.
“Çindəki bütün satışları dayandırmalı olduq, vəziyyətin aydınlaşmasını gözləyirik”, - Norveçin “Royal Salmon” şirkətinin nümayəndəsi Steyn Martinsen “South China Morning Post”a verdiyi açıqlamada bildirib.Pekinin əsas topdansatış bazarı Sinfadidə dəniz məhsulları şöbəsində yeni növ koronavirusun izləri aşkar edildikdən sonra supermarket və mağazalar bağlanıb. Epidemioloji araşdırma əvvəlcə qızılbalıq qəssab avadanlığına işarə edib, lakin sonra mütəxəssislər bildirib ki, bazara daxil edilməyən qızılbalıqlarda koronavirus yoxdur.Balıqlarda mümkün olan koronavirus mənbəyi ilə bağlı xəbərlər şəhər sakinlərinin balıq restoranlarından dəniz məhsulları almaqdan imtina etməsinə səbəb olub.
Çin hakimiyyəti isə məlumat yayıb ki, koronavirusun yeni epidemiya riski böyükdür, Pekində infeksiya böyümə mərhələsindədir. Öz növbəsində “CBS News” yazır ki, yeni dalğa bu ilin yanvar ayında Uhandakı vəziyyətə bənzəyir. Çinin baş epidemioloqu U Çzunyunun sözlərinə görə, növbəti günlər virusun necə yayıldığını anlamaq üçün kritik olacaq.(publika.az)



Çində yenidən koronavirus yayılır - Hərbi vəziyyət ELAN EDİLDİ
Koronavirusun müalicəsinin EFFEKTİV ÜSULU kəşf edildi
Koronavirusun ikinci dalğası gələcək – Epidemioloqdan XƏBƏRDARLIQ
Qonşu ölkədə “Omicron” ştamına yoluxma aşkarlandı
Bu qidalar kalsiumla daha ZƏNGİNDİR
Koronavirus xəstələri üçün qidalanma ilə bağlı tövsiyələr
Gündə nə qədər kalbasa yemək olar?
Zob xəstəliyi zamanı hansı qidaları yemək lazımdır?
Dünya bunu gözləyirdi: Koronavirus məhv edilir
Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA
Azərbaycanda daha bir kənddə koronavirus aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 