İyunun 17-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda universitetin İctimai Şurasının üzvləri də iştirak edib. ONN media xəbər verir ki, iclasda yay imtahan sessiyasının və imtahanların gedişı zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib. Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.
Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun “Nəqliyyat və logistika”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb. İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb. Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb.AzTU-nun 3 dekanı işdən kənarlaşdırıldı - SƏBƏB?



Azərbaycan Texniki Universitetində struktur dəyişikliyi olub
Bakıda universitet tələbələrinə XƏBƏRDARLIQ
Tanınmış jurnalistə vəzifə verildi
Azərbaycanlı alim koronavirusdan vəfat etdi
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
Prezident AzTU-ya rektor təyin etdi
Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı
YAP Siyasi Şurasının iclası keçirildi (YENİLƏNDİ)
Saxta COVID-19 pasportu satan vəzifəli şəxslərə cinayət işi açıldı
MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
DİM 31 abituriyentin imtahan nəticələrini ləğv edib- SƏBƏB?
BDU-da imtahan sessiyası başlayır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 